Tenqri
Ana Səhifə
Dünya

Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib

Yaxın Şərqdə münaqişə başlayandan bəri Qətərin nəzarətində olan sayca 5-ci mayeləşdirilmiş təbii qaz (LNG) tankeri Hörmüz boğazından keçib AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, “Kpler” və LSEG kimi gəmi izləmə şirkətlərinin məlumatlarına görə, “QatarEnergy” tərəfindən idarə olunan “Al Da

0 baxışazertag.az
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
Paylaş:

Yaxın Şərqdə münaqişə başlayandan bəri Qətərin nəzarətində olan sayca 5-ci mayeləşdirilmiş təbii qaz (LNG) tankeri Hörmüz boğazından keçib AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, “Kpler” və LSEG kimi gəmi izləmə şirkətlərinin məlumatlarına görə, “QatarEnergy” tərəfindən idarə olunan “Al Daayen” adlı tanker ilk dəfə iyunun 4-5-də Qətər sahillərində olub. Tanker ötən gün gəmi izləmə sistemlərində yenidən görülüb. Gəmi hazırda Hörmüz boğazının şərqindədir və Çinə doğru hərəkət edir. “Kpler”in məlumatına görə, tanker iyunun 1-də Qətərin “Ras Laffan” terminalında yüklənib. Bununla da münaqişənin əvvəlindən indiyədək boğazdan keçən LNG tankerlərinin ümumi sayı 9-a çatıb Bundan başqa, “Vortexa” analitika şirkətinin məlumatına görə, Hindistana yük boşaltdıqdan sonra boş bir LNG tankeri yenidən Hörmüz boğazına daxil olub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler