Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub
İyunun 4-5-də Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri “Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində Ankarada bir sıra görüşlər keçirib İcmanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, növbəti görüş Türkiyə Böyük Millət Məc

İyunun 4-5-də Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri “Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində Ankarada bir sıra görüşlər keçirib İcmanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, növbəti görüş Türkiyə Böyük Millət Məclisində (TBMM) baş tutub TBMM-in Sağlıq, Ailə, Çalışma və Sosial İşlər Komissiyasının sədri, Ədalət və İnkişaf Partiyasının millət vəkili Vedat Bilginlə görüşdə iki qardaş ölkə arasında gündən-günə inkişaf edən əməkdaşlıq münasibətlərindən bəhs olunub. Həmçinin parlamentlərarası dostluq qruplarının fəaliyyəti, qarşılıqlı əlaqələrin genişləndirilməsi və Qərbi Azərbaycan mövzusunda birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb Görüşdə ortaq tarixi-mədəni irsin təbliği məsələləri barədə də danışılıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


