Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası
Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması və tənzimlənməsi sahəsində beynəlxalq səviyyədə tanınan “AI Governance Professional" (AIGP) sertifikatı ilə bağlı məlumatlandırma sessiyası keçirilib AZƏRTAC xəbər verir ki, sessiyaya dövlət strukturlarında çalışan gənc mütəxəssislər, habel

Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması və tənzimlənməsi sahəsində beynəlxalq səviyyədə tanınan “AI Governance Professional" (AIGP) sertifikatı ilə bağlı məlumatlandırma sessiyası keçirilib AZƏRTAC xəbər verir ki, sessiyaya dövlət strukturlarında çalışan gənc mütəxəssislər, habelə Qərbi Azərbaycan İcmasını təmsil edən gənclər qatılıblar Sessiyanı aparan Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyası sədrinin müavini, Milli Məclisin deputatı Kamal Cəfərov AIGP sertifikatının mahiyyəti, beynəlxalq əhəmiyyəti, tətbiq imkanları, karyera perspektivləri və sertifikata hazırlıq prosesi barədə iştirakçılara ətraflı məlumat verib. O, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə bu sahədə peşəkar bilik və bacarıqların artırılmasının vacibliyini vurğulayıb, AIGP sertifikatının müasir əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasında mühüm rol oynadığını bildirib Daha sonra Bakı Oksford Məktəbinin orta məktəb üzrə direktor müavini, ADA Universitetinin müəllimi Rəna Ələsgərova “Süni intellektdən məsuliyyətli istifadə” mövzusunda təqdimatla çıxış edib. O, süni intellektdən istifadə zamanı etik prinsiplər, məsuliyyətli yanaşmalar və bu texnologiyaların təhsil sahəsində tətbiqi ilə bağlı fikirlərini bölüşüb. Təqdimatda süni intellekt alətlərinin tədris prosesində yaratdığı imkanlar, qarşıya çıxan çağırışlar və onların səmərəli idarə olunması məsələlərinə xüsusi diqqət yetirilib Sessiyada hüquq və qanunvericilik, komplayens və risklərin idarə edilməsi, strateji planlaşdırma, eləcə də rəqəmsal məhsul inkişafı sahələrində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər. Tədbirdə süni intellektin müxtəlif sahələrdə tətbiqi, idarə olunması və gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


