Tenqri
Ana Səhifə
Dünya

Qışqıranlar, yoxsa susanlar - Azərbaycanı kimlər sevir

Siz heç görmüsünüzmü ki, kimsə hər gün dayanmadan “mən oğlumu sevirəm, qızımı sevirəm, atamı-anamı sevirəm, həyat yoldaşımı sevirəm” deyə qışqırsın?.. Qardaşını, bacısını sevən insan bunu hər gün dilə gətirməz. Sevgi deyilməz, yaşanar Sevgi səslə ölçülmür. Sosial şəbəkələrdəki paylaşımlarla sevgi d

0 baxışmodern.az
Qışqıranlar, yoxsa susanlar - Azərbaycanı kimlər sevir
Paylaş:

Siz heç görmüsünüzmü ki, kimsə hər gün dayanmadan “mən oğlumu sevirəm, qızımı sevirəm, atamı-anamı sevirəm, həyat yoldaşımı sevirəm” deyə qışqırsın?.. Qardaşını, bacısını sevən insan bunu hər gün dilə gətirməz. Sevgi deyilməz, yaşanar Sevgi səslə ölçülmür. Sosial şəbəkələrdəki paylaşımlarla sevgi dəyər qazanmır. Sevgi insan ruhunun özünə etdiyi səssiz bir anddır. Kampaniya sevgi ola bilməz. Layihə sevgi ola bilməz Yaşadığımız dünyada sevginin mənası xeyli dəyişib. Elə bil, bir az da modaya çevrilib. Çoxu dəqiqədə bir səsləndirir ki, “Azərbaycanı belə sevir, xalqdan ötrü yanıb-tökülür”. Çox anlaşılır, bu sözlər səs-küy yaradır, bəyənmə yığır. Amma bu qışqırtının içində nə qədər həqiqət var? Əslində belə insanlar öz ailələrini də eyni üsulla “sevir”. Onlar ata-analarını, övladlarını, həyat yoldaşlarını sosial mediada nümayiş etdirərək sevgi göstərirlər Əsl sevgi tam başqadır. O, təmənnasız olur. Elə insanlar var ki, ömründə bir dəfə də olsun “mən Azərbaycanı sevirəm” deməyib. Amma hər gün bu dövlət üçün çalışıb. Onlar çiyinlərini yükün altına verib səssizcə işləyiblər. Qışqırmayıblar, yaratdıqları ilə görünüblər. Onlar üçün maraqlı deyil ki, kimsə inanacaq, ya yox. Çünki özləri inanırlar. Belələri üçün sevgi tamaşa, Vətən manipulyasiya mövzusu deyil Dövlət, vətən, xalq müqəddəs anlayışlardır. Bunlar üzərindən oyun qurmaq yaramazlıqdır. Reytinq toplamaq ləyaqətsizlikdir Normal düşüncəsi olan heç kim anasını sevgi ilə manipulyasiya etməz, ana sevgisini nümayiş etdirmək üçün səhnə qurmaz. Vətən sevgisi də belə olmalıdır Və ən vacibi odur ki, dövlət də, xalq da onları sevənləri bilir. Onları tarix də tanıyır, gələcək də tanıyacaq Rəsulzadə silahdaşları ilə birlikdə Cümhuriyyəti qurdu. Onlar bu yol uğrunda canlarını verdilər. Amma bir dəfə də olsun “baxın, biz vətəni sevirik” deyə qışqırmadılar Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanı parçalanmaqdan qorudu. O, həyatını bu dövlətə həsr etdi. Onu bu yola vadar edən sevgi idi. Səməd Vurğunun “Azərbaycan” şeirini deyəndə kövrələn bir insanın sevgisi idi bu Prezident İlham Əliyev əsrlərin məğlubiyyətini tarixə çevirdi. Xalqın birliyini təmin edərək Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdi. Bu da Azərbaycan sevgisinin zirvəsi idi Polad Həşimov general idi. Amma o, bütün davranışları ilə hər şeydən əvvəl bir vətəndaş olduğunu göstərirdi. Həyatını bu torpaq üçün verdi. Amma bir dəfə də olsun “mən vətəni belə sevirəm” demədi. O, bunu göstərdi və tarixə yazdı İndi isə sual yaranır, Azərbaycanı kim sevir? Ona kim xidmət edir? Səs-küy qoparanlar, qışqıranlar, yoxsa səssizcə çalışanlar? Paylaşım edənlər, yoxsa çiyinlərinə yük götürüb görünməyənlər? Yəqin siz də razılaşarsınız ki, sevgi səssiz olanda daha həqiqi olur. Bu gün bizə səsli sevgidən çox səssiz sədaqət, görüntüdən çox gerçəklik lazımdır Və unutmayaq ki, sevgi səhnə üçün yaranmayıb. Sevgi həyat üçündür Yəni Azərbaycanı sevmək deməklə yox, yaşamaqla ölçülür Həqiqi sevgi heç vaxt özünü sübut etməyə çalışmır

Kaynak: modern.az

Diğer Haberler