"Qlobal Sumud Donanması"ndakı 422 nəfər Türkiyəyə gətirilib
Qəzzaya humanitar yardım aparan "Qlobal Sumud Donanması"nın üzvləri Türkiyəyə gətirilib "Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) "X" sosial media hesabında məlumat yayıb Qeyd olunub ki, ümumilikdə 41 ölkədən 422 nəfər "Türk Hava Yolları" (THY) tərəfindən təşkil oluna

Qəzzaya humanitar yardım aparan "Qlobal Sumud Donanması"nın üzvləri Türkiyəyə gətirilib "Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) "X" sosial media hesabında məlumat yayıb Qeyd olunub ki, ümumilikdə 41 ölkədən 422 nəfər "Türk Hava Yolları" (THY) tərəfindən təşkil olunan xüsusi reyslə Türkiyəyə gətirilib. ONlardan 85-i Türkiyə vətəndaşı olub Onları hava limanında XİN başçısının müavini Ali Özel qarşılayıb "Ali Özel hər zaman və hər yerdə vətndaşlarımızın yanında olmağa qətiyyətlə davam edəcəyimizi vurğulayıb", - məlumatda qeyd olunub Daha əvvəl İsrail Hərbi Dəniz Qüvvələrinin aprelin 30-na keçən gecə Krit adası yaxınlığında "Qlobal Sumud Donanması"nın 58 gəmisindən 15-ni ələ keçirdiyi bildirilib Bundan sonra mayın 14-də Türkiyənin Marmaris şəhərindən Qəzzaya doğru yeni humanitar yardım donanması yola çıxıb. İsrail bu donanmaya da müdaxilə edərək iştirakçıları saxlayıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


