Tenqri
Ana Səhifə
Dünya

Qlobal neft nəhənglərinin ümumi mənfəəti 2022-ci ildən bəri ilk dəfə ikirəqəmli artım nümayiş etdirib

Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazında yaşanan böhran fonunda qlobal enerji şirkətlərinin birinci rüb üzrə ümumi mənfəəti 13,2 faiz artaraq 2022-ci ildən bəri ilk dəfə ikirəqəmli artım nümayiş etdirib AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ABŞ-nin “ExxonMobil”, “Chevron”, “ConocoPhi

0 baxışazertag.az
Qlobal neft nəhənglərinin ümumi mənfəəti 2022-ci ildən bəri ilk dəfə ikirəqəmli artım nümayiş etdirib
Paylaş:

Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazında yaşanan böhran fonunda qlobal enerji şirkətlərinin birinci rüb üzrə ümumi mənfəəti 13,2 faiz artaraq 2022-ci ildən bəri ilk dəfə ikirəqəmli artım nümayiş etdirib AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ABŞ-nin “ExxonMobil”, “Chevron”, “ConocoPhillips”, “Halliburton”, “SLB” və “Baker Hughes”, Niderlandın “Shell”, Böyük Britaniyanın bp, Fransanın “TotalEnergies”, İtaliyanın “Eni”, Norveçin “Equinor”, Səudiyyə Ərəbistanının “Saudi Aramco” milli neft şirkəti və Çinin “CNOOC” şirkətinin bu ilin birinci rübü üzrə mənfəəti Hörmüz boğazından qaynaqlanan təchizat narahatlıqları və yüksək neft qiymətləri səbəbindən ümumilikdə təxminən 71,2 milyard dollar təşkil edib. Bu rəqəm “Brent” markalı xam neftin birinci rüb üzrə orta qiymətinin 100 dollardan yuxarı olduğu və enerji böhranının təsirlərinin ən güclü şəkildə hiss edildiyi 2022-ci ildəki göstəricidən təxminən 27 milyard dollar aşağıdır. Belə ki, Rusiya-Ukrayna müharibəsinin təsiri səbəbindən 2022-ci ilin ilk rübündə 98,3 milyard dollara çatan şirkətlərin mənfəəti 2023-cü ildə 88,3 milyard dollara, 2024-cü ildə 71,7 milyard dollara, 2025-ci ilin eyni dövründə isə 62,9 milyard dollara geriləyib Qeyd edək ki, bu ilin birinci rübündə “Brent” neftinin orta qiyməti 80,2 dollar olmaqla son 2 ilin maksimum səviyyəsinə çatıb. Lakin qiymətlər enerji böhranının pik həddə çatdığı 2022-ci ildəki səviyyədən aşağıda qalıb. 2022-ci ilin birinci rübündə “Brent”in orta qiyməti 100 dollardan yuxarı olub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler