Qələbə Günü Moskvada internet kəsiləcək
Rusiya Rəqəmsal İnkişaf Nazirliyi 7-8 may tarixlərində Moskvada mobil internet istifadəsinin məhdudlaşdırılmayacağını açıqlayıb. Amma Qələbə Günü təhlükəsizlik tədbirləri görüləcək. Modern.az xəbər verir ki, TASS-ın məlumatına görə, 9 mayda - Qələbə Günündə internetə çıxış məhdudlaşdırılacaq "9 may

Rusiya Rəqəmsal İnkişaf Nazirliyi 7-8 may tarixlərində Moskvada mobil internet istifadəsinin məhdudlaşdırılmayacağını açıqlayıb. Amma Qələbə Günü təhlükəsizlik tədbirləri görüləcək. Modern.az xəbər verir ki, TASS-ın məlumatına görə, 9 mayda - Qələbə Günündə internetə çıxış məhdudlaşdırılacaq "9 mayda mobil internetə çıxış müvəqqəti olaraq məhdudlaşdırılacaq", - nazirlik bəyan edib. Bildirilib ki, bu addım Qələbə Günündə bayram tədbirlərinin təhlükəsizliyini təmin etmək üçün edilir. Xatırladaq ki, mayın 4-də İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammitinin açılışında Ukrayna prezidenti Volodimir Zelenski bu il Moskvada keçiriləcək paradın ağır hərbi texnika olmadan planlaşdırıldığı barədə məlumata münasibət bildirərək "Ukrayna dronları da həmin parad zamanı uça bilər" demişdi Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Volodimir Zelenskinin Moskvanın Qırmızı Meydanında keçiriləcək parad zamanı hücum təşkil etmək təhdidlərinə münasibət bildirib. Zaxarova bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi Xarici Moskvadakı bütün xarici diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinə xəbərdarlıq notası göndərib "Biz böyük risklər götürürük", - o deyib


