QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər
Vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İctimai şuranın üzvlərinin nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya infoturu təşkil olunub Bu barədə AZƏRTAC-a ƏƏSMN-in İct

Vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İctimai şuranın üzvlərinin nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya infoturu təşkil olunub Bu barədə AZƏRTAC-a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib Bildirilib ki, infotur çərçivəsində iştirakçılar nazirliyin tabeliyindəki publik qurumlarda vakant vəzifələrin tutulması üçün Milli Observatoriyanın Qiymətləndirmə Mərkəzində keçirilən müsabiqələrin test imtahanı mərhələsini izləyiblər QHT nümayəndələri ilə keçirilən görüşdə nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova qeyd edilən vakant yerlərə işə qəbul prosesi və Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli Qiymətləndirmə Mərkəzinin fəaliyyəti barədə məlumat veriblər Vakant yerlərə işə qəbul məqsədilə iki mərhələdə təşkil olunan müsabiqələrə dair təqdimat edilib. Bu prosesdə tətbiq olunan qiymətləndirmə mexanizmləri və şəffaflıq prinsipləri, bütün mərhələlərdə obyektivlik və bərabər imkanların təmin edilməsinin əsas hədəf olduğu diqqətə çatdırılıb Bildirilib ki, müsabiqənin imtahan mərhələsində namizədlərə 50 test sualı təqdim olunur. Bu suallar namizədlərin peşə biliklərini, analitik düşünmə qabiliyyətini və vəzifəyə uyğunluğunu qiymətləndirmək məqsədi daşıyır İnfotur iştirakçılarına müsabiqənin müsahibə mərhələsi haqqında da məlumat verilib. Bildirilib ki, bu mərhələdə namizədlərin kommunikasiya bacarıqları, peşəkar hazırlığı və işə uyğunluğu daha dərindən qiymətləndirilir Sonda QHT nümayəndələrinin sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


