Tenqri
Ana Səhifə
Dünya

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq

İyunun 11-də QHT Agentliyində “Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda aqrar sahə profilli QHT-lərin iştirakı ilə ictimai müzakirə keçirilib AZƏRTAC-ın xəbərinə görə, QHT Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib ki, bu

0 baxışazertag.az
QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq
Paylaş:

İyunun 11-də QHT Agentliyində “Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda aqrar sahə profilli QHT-lərin iştirakı ilə ictimai müzakirə keçirilib AZƏRTAC-ın xəbərinə görə, QHT Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib ki, bu il may ayının 25-də Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə dövlət başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələr aqrar sahənin inkişafında tam yeni mərhələ yaradır. R.Nəbiyevin sözlərinə görə, Azərbaycan Prezidentinin kənd təsərrüfatının inkişafına dair konkret hədəfləri olan, dövlət və özəl sektorun imkanlarını vahid platformada birləşdirən yeni Dövlət Proqramının hazırlanması ilə bağlı tapşırıqları ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, idxaldan asılılığın azaldılması və yerli istehsalın rəqabət qabiliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır O bildirib ki, aqrar profilli QHT-lər də ideya və təklifləri ilə bu prosesdə fəal iştirak etməli, islahatlara layiqli töhfə verməlidir. QHT Agentliyinin Müşahidə Şurasının üzvü onu da açıqlayıb ki, aqrar sahədə mövzular QHT Agentliyinin növbəti qrant müsabiqələrində əsas istiqamətlərdən biri olacaq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Bağış Əhmədov “Aqrar sektorda artım və ixrac perspektivləri” mövzusunda çıxış edib. O vurğulayıb ki, kənd təsərrüfatı ölkə üzrə ÜDM-də 5,9 faiz paya malik olsa da, kənd yerlərinin inkişafında məşğulluğun və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir B.Əhmədov onu da vurğulayıb ki, 2030-cu ildə Azərbaycanda kənd təsərrüfatında yaranan əlavə dəyərin 2025-ci ilə nisbətən ən azı 10,4 faiz artacağı gözlənilir ki, bu da əsasən ixrac hesabına təmin ediləcək. Belə ki, qeyd edilən dövrdə kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixracının təxminən 34 faiz artacağı proqnozlaşdırılır İtaliya-Azərbaycan Universitetinin Kənd təsərrüfatı və qida elmləri fakültəsinin müəllimi, professor Sahil Quliyev aqrar sahədə elmi innovasiyaların tətbiqinin, iqlim dəyişmələrinə uyğunlaşma tədbirlərinin genişləndirilməsinin, müasir texnologiyaların və rəqəmsal həllərin istehsal proseslərinə inteqrasiyasının vacibliyini qeyd edib. O, aqrar təhsil, elmi-tədqiqat müəssisələri və fermerlər arasında əməkdaşlığın gücləndirilməsinin sektorun dayanıqlı inkişafına mühüm töhfə verəcəyini bildirib və bu prosesdə QHT-lərin də roluna diqqət çəkib Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri Mürvət Həsənli təmsil etdiyi Şurada aqrar sahə üzrə mühüm vətəndaş cəmiyyəti institutlarının cəmləşdiyini bildirib. O, Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının, “Peşəkar Arıçılar” İctimai Birliyinin, Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Azərbaycan Gül İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Azərbaycan Taxıl İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyasının, Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının, o cümlədən Azərbaycan Dövlət Aqrar Universitetinin təmsilçisinin Şuranın tərkibində yer aldığını diqqətə çatdırıb. M.Həsənli fermerlərin problemlərinin vaxtında öyrənilməsi, təkliflərin aidiyyəti dövlət qurumlarına çatdırılması və qərarların qəbulunda ictimai iştirakçılığın təmin edilməsinin əhəmiyyətini vurğulayıb Müzakirədə aqrar sahədə fəaliyyət göstərən QHT nümayəndələri kənd təsərrüfatının müxtəlif istiqamətlərinə dair mülahizələrini bölüşüb, təkliflərini səsləndiriblər. “Azərbaycan Trüfel İstehsalçılarının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Lalə Həmidova qeyd edib ki, yüksək gəlirliyi olan trüfel istehsalının genişləndirilməsi üçün ölkədə böyük imkanlar yaranıb İctimai müzakirələrdə o da qeyd olunub ki, mediada, xüsusilə radiolarda aqrar sahə üzrə məlumatlılığın artırılmasına, bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyəti təsisatlarının fikirlərinin yayılmasına ehtiyac var. QHT Agentliyinin dəvəti ilə müzakirələrdə respublikanın bir sıra aparıcı radio kanallarının rəhbər şəxsləri də iştirak edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler