Qeyri-filiz faydalı yataqlarının istismarı üzrə yer təki istifadəçilərinin siyahısı təsdiqlənib
"Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair Qaydalar"a uyğun olaraq yaradılmış İşçi qrupun növbəti iclası onlayn formatda keçirilib "Report" xəbər verir ki, iclasda Ekologiya və Təbii Sərvətlər, İq

"Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair Qaydalar"a uyğun olaraq yaradılmış İşçi qrupun növbəti iclası onlayn formatda keçirilib "Report" xəbər verir ki, iclasda Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, "Azərişıq" ASC və aidiyyəti yerli icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak edib Keçirilən iclasda qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub İclasda Qaydaların 5.1.1-ci yarımbəndinə uyğun olaraq, keçid dövründə fəaliyyətinin müvafiq normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılması nəzərdə tutulan yer təki istifadəçilərinin siyahısı təsdiq edilib İşçi qrupun əsas məqsədi qeyri-filiz faydalı qazıntı yataqlarından səmərəli istifadənin təmin edilməsi, qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin bu sahədə münasibətləri tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılmasıdır O cümlədən onlar tərəfindən yer təkindən istifadə və onun mühafizəsi sahəsində müəyyən edilmiş tələblərə dürüst əməl olunması, təhlükəsiz iş şəraitinin yaradılması, eləcə də ətraf mühitin və təbii landşaftın mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi və digər kompleks tədbirlərin həyata keçirilməsidir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


