Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası
Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatının və Vəndam qəsəbə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Qəbələ rayon Vəndam qəsəbə Hikmət Rəşidov adına 2 nömrəli tam orta məktəbdə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan Zəfərə: Müstəqilliyimizin Heydər

Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatının və Vəndam qəsəbə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Qəbələ rayon Vəndam qəsəbə Hikmət Rəşidov adına 2 nömrəli tam orta məktəbdə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan Zəfərə: Müstəqilliyimizin Heydər Əliyev strategiyası” mövzusunda tədbir keçirilib AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən YAP Qəbələ Rayon Təşkilatının sədri Abil Ağasəfov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışaraq bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə rəhbərliyə qayıdan Ümummilli Lider ölkəni xaos və parçalanmaq təhlükəsindən xilas edərək, ölkəmizin tərəqqisi naminə həyata keçirdiyi islahatlar və irimiqyaslı layihələr Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun olaraq uğurla davam və inkişaf etdirilir Digər çıxış edənlər Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı kimi adını tariximizə əbədi həkk etdirdiyini, qazanılan bütün nailiyyətlərin təməlində məhz Ümummilli Liderin zəngin irsi və ideyalarının dayandığını bildiriblər Sonda YAP Qəbələ rayon təşkilatının fəaliyyətində fəal iştirak edən bir qrup partiya üzvünə Fəxri Fərman və hədiyyələr təqdim edilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Media: ABŞ memorandum imzaladıqdan sonra İrana neft satmağa icazə verəcək

ABŞ-ın qüdrətli adları gizli cəmiyyətdə görüşüb, təfərrüatları açıqlanıb: “Nüvə silahını geri qaytarın”, “Start a Cult” mövzulu görüşlər, matchmaking xidmətləri... | T24
