Tenqri
Ana Səhifə
Dünya

Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır

Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutu tərəfindən yaz aylarında Azərbaycanda, xüsusilə dağlıq və dağətəyi ərazilərdə intensiv yağıntılar, torpaq qatının həddindən artıq nəmlənməsi və çay vadilərində eroziya proseslərinin güclənməsi nəticəsində bir sıra sürüşmə hadisələri qeydə alınıb 525.az-a

0 baxış525.az
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
Paylaş:

Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutu tərəfindən yaz aylarında Azərbaycanda, xüsusilə dağlıq və dağətəyi ərazilərdə intensiv yağıntılar, torpaq qatının həddindən artıq nəmlənməsi və çay vadilərində eroziya proseslərinin güclənməsi nəticəsində bir sıra sürüşmə hadisələri qeydə alınıb 525.az-a bu barədə institutdan məlumat verilib Mütəxəssislər bildiriblər ki, dağ yamaclarından enən sel axınları torpaq sürüşmələrini sürətləndirib, bəzi kəndlərarası yolların ayrı-ayrı hissələrində çökmələrə və deformasiyalara səbəb olub Qəbələ rayonunda təhlükəli zonalar Vəndam, Bum, Tikanlı və Nic kəndləri ətrafında formalaşıb. Vəndam–Duruca istiqamətində yol yatağının bir hissəsində deformasiya baş verib, torpaq kütləsinin hərəkəti nəticəsində yolun eni daralıb Şamaxı rayonunda sürüşmə prosesləri daha çox dağətəyi kəndlər və magistral yol infrastrukturu boyunca müşahidə edilib. Muğanlı-İsmayıllı avtomobil yolunun bir neçə hissəsində yamacların çökməsi nəticəsində hərəkət zolaqlarında deformasiya yaranıb. Çuxuryurd, Mədrəsə və Nağaraxana kəndləri ətrafında güclü yağıntılar yamacların sabitliyini zəiflədib, bəzi kənd yolları qısa müddətə nəqliyyat üçün bağlanıb Mütəxəssislərin sözlərinə görə, ən ciddi problemlərdən biri dağ yamaclarından qopan qaya parçalarının yol infrastrukturuna yaratdığı təhlükədir. Ərazilərdə geoloji monitorinq aparılır, həmçinin yol xidmətləri tərəfindən müvəqqəti bərkitmə və təhlükəsizlik tədbirləri görülür

Kaynak: 525.az

Diğer Haberler

Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır | Tenqri