Qazaxıstanda zavodda partlayış olub
Qazaxıstanın ən böyük sink istehsal komplekslərindən birində partlayış baş verib 525.az xarici KİV-ə istinadən xəbər verir ki, Öskemendəki Kazsink sink zavodunda baş verən partlayışda iki işçi ölüb, beş nəfər yaralanıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, toz toplama bölməsində ilişib qa

Qazaxıstanın ən böyük sink istehsal komplekslərindən birində partlayış baş verib 525.az xarici KİV-ə istinadən xəbər verir ki, Öskemendəki Kazsink sink zavodunda baş verən partlayışda iki işçi ölüb, beş nəfər yaralanıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, toz toplama bölməsində ilişib qalmış qazın sızması nəticəsində baş verən partlayışdan sonra yanğın əmələ gəlib Səlahiyyətlilər bildiriblər ki, hadisə yerinə göndərilən qruplar təxminən 120 kvadratmetr ərazini əhatə edən alovu tamamilə söndürüb və emalatxananın 220 kvadratmetrlik hissəsi uçub. Dağıntıların təmizlənməsi davam edir Ərazidə təxminən 80 işçi və 18 nəqliyyat vasitəsinin iştirak etdiyi əməliyyat mərkəzi yaradılıb; əməliyyatda axtarış-xilasetmə itləri, tibbi qruplar və dronlar da iştirak edir Hadisənin səbəbi ilə bağlı araşdırma aparılır

