Tenqri
Ana Səhifə
Dünya

Qazaxıstanda Türk Dünyası Qadınlarının Əməkdaşlıq Akademiyasının təqdimatı olub

Qazaxıstanda 500 milyon ABŞ dolları dəyərində investisiya fonduna çıxışı olan Türk Dünyası Qadınlarının Əməkdaşlıq Akademiyası fəaliyyətə başlayıb AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, Türk Dövlətləri Təşkilatından (TDT) qadın sahibkarlar üçün nəzərdə tutulan yeni platforma olan

0 baxışazertag.az
Qazaxıstanda Türk Dünyası Qadınlarının Əməkdaşlıq Akademiyasının təqdimatı olub
Paylaş:

Qazaxıstanda 500 milyon ABŞ dolları dəyərində investisiya fonduna çıxışı olan Türk Dünyası Qadınlarının Əməkdaşlıq Akademiyası fəaliyyətə başlayıb AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, Türk Dövlətləri Təşkilatından (TDT) qadın sahibkarlar üçün nəzərdə tutulan yeni platforma olan Türk Dünyası Qadınlarının Əməkdaşlıq Akademiyası Almatıda keçirilən “Yeni vizyon – 2026” Forumunda təqdim edilib Yeni təşkilat türk ölkələrində qadın sahibkarlar arasında birgə müəssisələrin yaradılması və ixrac əməkdaşlığının genişləndirilməsi üçün nəzərdə tutulub. Təşəbbüs Türk Dövlətləri Təşkilatı və Türk Qadın Sahibkarlar Şurası tərəfindən dəstəklənib. Akademiya türk ölkələrinin qadın sahibkarları arasında müştərək müəssisələrin yaradılması və ixrac əməkdaşlığının inkişaf etdirilməsi üçün inteqrasiya olunmuş platforma kimi xidmət göstərəcək Əsas məqsəd iştirakçıların 500 milyon ABŞ dolları kapitalı olan Türk İnvestisiya Fonduna çıxış əldə etməsidir Tədbirdə qadınların regional iqtisadiyyatda mühüm rol oynadığı vurğulanıb. Qeyd olunub ki, onlar Qazaxıstanda kiçik və orta sahibkarlıq obyektlərinin təxminən 48 faizinə, Özbəkistanda təxminən 40 faizinə və Azərbaycanda 24 faizinə rəhbərlik edirlər. Lakin onların bir çoxu bizneslərini genişləndirmək və beynəlxalq bazarlara çıxmaqla bağlı maneələrlə üzləşirlər. Yeni struktur çərçivəsində ilk il ərzində birgə ixrac layihələrinə yönəlmiş azı 100 şirkətdən 1000-dən çox iştirakçının cəlb edilməsi, texnologiya mübadiləsinin və regional brendinqin təşviq edilməsi gözlənilir Türk Qadın Sahibkarlar Şurasının sədri Ləzzət Ramazanova vurğulayıb ki, əməkdaşlıq kiçik müəssisələrin genişlənməsi və onların beynəlxalq bazar tələblərinə cavab verilməsi üçün ən təsirli yoldur Akademiya Qazaxıstan, Özbəkistan, Azərbaycan, Qırğızıstan və Türkiyədən olan qadın sahibkarları bir araya gətirərək rəqabətə deyil, əməkdaşlığa töhfə verəcək. O, aqrar-sənaye kompleksi, yüngül sənaye, İT və transsərhəd ticarəti kimi dörd əməkdaşlıq istiqamətini əhatə edəcək Bu təşəbbüs türk dövlətləri arasında daha dərin iqtisadi inteqrasiyaya doğru atılan addım kimi qəbul edilir və eyni zamanda, qadınların regional inkişafda rolunu gücləndirir. Beynəlxalq texnologiya şirkətləri və banklar qadınların rəhbərlik etdiyi yeni biznes ittifaqlarına qoşulmağa dəvət olunub Don Tapskott, Con Kehoe və Xose Manuel Barrozu da daxil olmaqla beynəlxalq düşüncə liderlərini bir araya gətirən “Yeni vizyon – 2026” qlobal forumu 11-13 iyun tarixlərində Almatıda keçirilir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler