Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır
Qazaxıstanın Energetika Nazirliyi, “Milli Geologiya Xidməti” ASC və “Shell Qazaxıstan” şirkəti karbohidrogenlər üzrə məlumatların öyrənilməsi və təhlili sahəsində əməkdaşlığa dair memorandum imzalayıblar AZƏRTAC Qazaxıstan Energetika Nazirliyinə istinadla xəbər verir ki, əməkdaşlıq çərçivəsində ilk

Qazaxıstanın Energetika Nazirliyi, “Milli Geologiya Xidməti” ASC və “Shell Qazaxıstan” şirkəti karbohidrogenlər üzrə məlumatların öyrənilməsi və təhlili sahəsində əməkdaşlığa dair memorandum imzalayıblar AZƏRTAC Qazaxıstan Energetika Nazirliyinə istinadla xəbər verir ki, əməkdaşlıq çərçivəsində ilk addım kimi müasir coğrafi informasiya sisteminin yaradılması üzrə pilot layihəyə start veriləcək Tərəflər əsas diqqəti qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsinə və geoloji arxiv materiallarının rəqəmsallaşdırılmasına yönəldiblər. Memorandum mütəxəssislərin birgə hazırlığına və yeraltı sərvətlərin fundamental tədqiqinə imkan yaradan əməkdaşlıq platforması formalaşdırır Rəqəmsallaşdırmanın ölkənin resurs potensialının daha dolğun qiymətləndirilməsinə şərait yaradacağı və sahənin investisiya cəlbediciliyini artıracağı bildirilir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


