Qazaxıstan təmsilçisi: Orta Dəhliz biznesin inkişafı və xaricdə tərəfdaşlar tapmağa böyük imkanlar yaradır
İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycanın coğrafi məkanı olduqca əlverişlidir. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan hər iki qitəni birləşdirmək üçün böyük və əhəmiyyətli nəqliyyat infrastrukturu yaradıb. Orta Dəhliz biznesin inkişafı və xaricdə tərəfdaşlar tapmağa böyük imka

İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycanın coğrafi məkanı olduqca əlverişlidir. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan hər iki qitəni birləşdirmək üçün böyük və əhəmiyyətli nəqliyyat infrastrukturu yaradıb. Orta Dəhliz biznesin inkişafı və xaricdə tərəfdaşlar tapmağa böyük imkanlar yaradır ki, bundan istifadə edirik. Biz istehsal etdiyimiz məhsulları məhz Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə Azərbaycana ixrac edirik Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı “Caspian Agro Week” - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunda iştirak edən Qazaxıstanın kənd təsərrüfatında istifadə olunan cihaz və alətlər istehsal edən “Veryberry” şirkətinin marketinq direktoru Ayaulım Aybekovna deyib Onun sözlərinə görə, sərgidə nümayiş etdirdikləri məhsullar Aktau-Bakı gəmi marşrutu ilə Bakıya gətirilib “Orta Dəhliz Qazaxıstan ilə yanaşı digər Mərkəzi Asiya respublikalarında fəaliyyət göstərən biznes qurumlarına, şirkətlərə Gürcüstan, Türkiyə və Avropa dövlətləri ilə biznes əlaqələri qurmağa köməklik edir. Biz Azərbaycanda keçirilən bu sərgidə hər il iştirak edirik. Sərgi və forum yüksək səviyyədə təşkil olunur ki, bundan səmərəli istifadə edərək tərəfdaşlar tapırıq. Artıq Azərbaycanın “Metak” şirkəti ilə əməkdaşlıq haqqında müqavilə imzalamışıq və biznesimizi inkişaf etdirəcəyik. Artıq gələn il bu sərgidə Qazaxıstanda fəaliyyət göstərən 12 şirkətin iştirak edəcəyi məlumdur. Azərbaycan Prezidentinin sərginin açılışında iştirakı isə əlamətdar hadisə oldu. Bu fakt onu göstərir ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində çalışan şirkətlərə dövlət diqqət və qayğı ilə yanaşır. Prezidentin sərgidəki şirkətlərlə maraqlanması sahibkar ilə dövlət arasındakı münasibətlərin inkişafının göstəricisidir”, - deyə qazaxıstanlı qonaq əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

SpaceX-ə qarşı qrup davası: Evlərimizə ziyan dəydi - Kıbrıs Qəzeti - Kıbrıs News, KKTC Son Dəqiqə və Gündəm Xəbərləri

Tokayev AEK fəaliyyətinin əsas istiqamətləri üzrə hesabatı dinləyib
