Tenqri
Ana Səhifə
Dünya

Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb

Qazaxıstan-Rusiya sərhədindəki Jaysan-Saqarçin buraxılış məntəqəsində 600-dən çox yük maşını tıxacda qalıb. Onların əksəriyyəti tez xarab olan meyvə-tərəvəz məhsulları daşıyır AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, yük maşınlarının sərhədi keçmə vaxtı 24 saatı keçir. Aktübinsk vi

0 baxışazertag.az
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
Paylaş:

Qazaxıstan-Rusiya sərhədindəki Jaysan-Saqarçin buraxılış məntəqəsində 600-dən çox yük maşını tıxacda qalıb. Onların əksəriyyəti tez xarab olan meyvə-tərəvəz məhsulları daşıyır AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, yük maşınlarının sərhədi keçmə vaxtı 24 saatı keçir. Aktübinsk vilayəti Sahibkarlar Palatasının məlumatına görə, buraxılış məntəqəsinin yaxınlığında 360, Sarjansay kəndində isə 250 yük maşını var Nəqliyyat vasitələrinin yarıdan çoxu Özbəkistandan Rusiyaya meyvə-tərəvəz məhsulları, o cümlədən qarpız və gilas daşıyır Yükdaşıyanların sözlərinə görə, gözləmə müddəti Saqarçin buraxılış məntəqəsində ötürmə qabiliyyətinin məhdudlaşması ilə bağlıdır. Belə ki, nəqliyyat vasitələrinin qəbulu cəmi bir hərəkət zolağı vasitəsilə həyata keçirilir, həmçinin minik avtomobillərinə və sərnişin nəqliyyatına daha ox üstünlük verilir Bu ərəfədə bildirilib ki, Pavlodar vilayətindəki “Kosak” buraxılış məntəqəsində də yük maşınlarının tıxacda qalması müşahidə olunur 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler