Qazaxıstan 2030-cu ilədək dəmir yolu tranzitinin həcmini ikiqat artırmaq niyyətindədir
Qazaxıstan 2030-cu ilə qədər dəmir yolu tranzit daşımalarını 67 milyon tona çatdırmağı planlaşdırır AZƏRTAC Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, bu barədə nəqliyyat naziri Nurlan Sauranbayev bildirib Onun sözlərinə görə, son beş ildə tranzit daşımaları 20 milyon tondan 33 mil

Qazaxıstan 2030-cu ilə qədər dəmir yolu tranzit daşımalarını 67 milyon tona çatdırmağı planlaşdırır AZƏRTAC Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, bu barədə nəqliyyat naziri Nurlan Sauranbayev bildirib Onun sözlərinə görə, son beş ildə tranzit daşımaları 20 milyon tondan 33 milyon tona qədər artıb və 2040-cı ilə qədər bu rəqəmin 100 milyon tona çatması planlaşdırılır Nazir qeyd edib ki, hazırda Qazaxıstan Çindən Avropaya gedən quru yüklərinin təxminən 80 faizini idarə edir Ölkə terminal infrastrukturunu inkişaf etdirməyə davam edir. Hazırda beynəlxalq marşrutlar üzrə yeddi terminal fəaliyyət göstərir və daha yeddi analoji obyekt tikilir Bundan əlavə, dəmir yolu sənayesinin rəqəmsallaşdırılması üçün səylər göstərilir. Gələcək plan süni intellekt və böyük məlumatların analitikasından istifadə edərək “Smart Rail” sisteminin tətbiqidir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Böyük Britaniyada 2027-ci ildən 16 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdən istifadə qadağan ediləcək - Vlast analitik onlayn jurnalı

Qırğızıstan MDB-də ilk olaraq protezlərin 3D çapını işə saldı: artıq Akçabarda aylarla gözləmək lazım deyil
