Tenqri
Ana Səhifə
Dünya

Qazax Milli Qadınlar Pedaqoji Universitetinin magistrantları ADPU-da təcrübə keçiblər

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Qazaxıstan Milli Qızlar Pedaqoji Universiteti arasında mövcud olan elmi-pedaqoji əməkdaşlıq çərçivəsində növbəti akademik mobillik proqramı uğurla həyata keçirilib. Proqram çərçivəsində Qazaxıstan Milli Qızlar Pedaqoji Universitetinin təhsildə menec

0 baxışazertag.az
Qazax Milli Qadınlar Pedaqoji Universitetinin magistrantları ADPU-da təcrübə keçiblər
Paylaş:

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Qazaxıstan Milli Qızlar Pedaqoji Universiteti arasında mövcud olan elmi-pedaqoji əməkdaşlıq çərçivəsində növbəti akademik mobillik proqramı uğurla həyata keçirilib. Proqram çərçivəsində Qazaxıstan Milli Qızlar Pedaqoji Universitetinin təhsildə menecment və liderlik və pedaqoji ölçmələr ixtisaslaşmaları üzrə təhsil alan 9 magistrantı ADPU-da elmi-praktiki təcrübə keçib ADPU-dan AZƏRTAC-a bildirilib ki, iki həftə davam edən proqram müddətində magistrantlar universitetin idarəetmə sistemi, strateji inkişaf prioritetləri, elmi fəaliyyət istiqamətləri və ali təhsildə müasir idarəetmə yanaşmaları ilə yaxından tanış olublar. Proqram iştirakçıları universitetin struktur bölmələrinin fəaliyyəti, idarəetmə mexanizmləri və institusional inkişaf təcrübəsi ilə bağlı geniş məlumat əldə ediblər Akademik mobillik proqramı çərçivəsində magistrantlar universitetdə elmi-tədqiqat fəaliyyətinin təşkili, innovasiya siyasəti, elmi layihələrin idarə olunması və akademik mühitdə tətbiq olunan müasir yanaşmalar sahəsində aparılan fəaliyyətlə tanış olublar. Eyni zamanda, tələbələrlə iş, sosial layihələrin təşkili və sosial siyasətin idarə olunması barədə ətraflı məlumat əldə edərək bu istiqamətdə elmi-praktik təcrübə qazanıblar Proqram çərçivəsində magistrantların ADPU-nun rektoru professor Cəfər Cəfərov ilə görüşü də keçirilib. Görüş zamanı Azərbaycanla Qazaxıstan arasında ali təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, akademik mobillik proqramlarının əhəmiyyəti, eləcə də gənc tədqiqatçıların beynəlxalq təcrübə imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub. Rektor iki qardaş ölkənin ali təhsil müəssisələri arasında formalaşmış əməkdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayaraq bu kimi proqramların gələcək elmi və peşəkar fəaliyyət baxımından mühüm rol oynadığını qeyd edib Proqramın sonunda magistrantların ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova ilə görüşü olub. Görüşdə proqramın nəticələri müzakirə olunub və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb Sonda ikihəftəlik elmi-praktiki təcrübə proqramını uğurla başa vuran magistrantlar beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova tərəfindən ADPU-nun rəsmi sertifikatları ilə təltif olunublar 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler