Tenqri
Ana Səhifə
İdman

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

15 İyun - Milli Qurtuluş Günü münasibətilə Qax Olimpiya İdman Kompleksində ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə rayon turniri keçirilib. Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatı, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sekto

0 baxışazertag.az
Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb
Paylaş:

15 İyun - Milli Qurtuluş Günü münasibətilə Qax Olimpiya İdman Kompleksində ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə rayon turniri keçirilib. Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatı, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektoru və Respublika Olimpiya İdman Liseyi Qax rayon filialının birgə təşkilatçılığı ilə keçirilən yarışda 40 yeniyetmə güləşçi mübarizə aparıb AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnirin açılış mərasiminin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib YAP rayon təşkilatının sədri Natiq Allahverdiyev və rayon gənclər və idman sektorunun müdiri Elvin Həsilov çıxış edərək, 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik günlərdən biri olduğunu vurğulayıblar. Qeyd olunub ki, bu əlamətdar tarix müstəqil Azərbaycan dövlətinin qorunub saxlanılmasında, ölkədə sabitliyin və inkişafın təmin olunmasında mühüm rol oynayıb Sonra güləşçilər döşək üzərinə dəvət olunublar. İdmançılar 11 çəki dərəcəsi üzrə mübarizə aparıblar Yarışın yekununda hər çəki dərəcəsi üzrə ilk 3 yeri tutan idmançılar diplom və medallarla təltif ediliblər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler