Tenqri
Ana Səhifə
İdman

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Qax Olimpiya İdman Kompleksində “Qərbi Azərbaycana Qayıdış” devizi altında savate idman növü üzrə kadetlər, yeniyetmələr və gənclər arasında Şimal-Qərb Region Açıq Turniri keçirilib Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsindən məlumat verilib Bildirilib

0 baxışazertag.az
Qaxda savate idman növü üzrə turnir təşkil edilib
Paylaş:

Qax Olimpiya İdman Kompleksində “Qərbi Azərbaycana Qayıdış” devizi altında savate idman növü üzrə kadetlər, yeniyetmələr və gənclər arasında Şimal-Qərb Region Açıq Turniri keçirilib Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsindən məlumat verilib Bildirilib ki, Qax Rayon İcra Hakimiyyəti, Azərbaycan Savate Federasiyası, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi, “İrəvan” İdman Klubu və Qax Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə 5 rayondan müxtəlif çəki dərəcələri üzrə yeniyetmə və gənc idmançılar qüvvələrini sınayıblar Turnirin açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Elvin Paşayev belə turnirlərin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, eləcə də idmanın kütləviliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb, idmançılara uğurlar arzulayıb Turnirin keçirilməsində məqsəd yeniyetmə və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği, savate idman növünün inkişaf etdirilməsi, perspektivli idmançıların aşkar olunması və bölgələr arasında idman əlaqələrinin möhkəmləndirilməsindən ibarət olub Yarışın sonunda qalib idmançılar diplom və medallarla təltif olunublar 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler