“Qardaşlıq körpüsü”: Ağdamda iki qardaş ölkənin şəhid ailələri bir araya gəlib
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Ağdam şəhərində Azərbaycan və Türkiyə şəhid ailələrinin iştirakı ilə “Qardaşlıq körpüsü” adlı konfrans keçirib AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi, Türk dünyası şəhidlərinin əzi
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Ağdam şəhərində Azərbaycan və Türkiyə şəhid ailələrinin iştirakı ilə “Qardaşlıq körpüsü” adlı konfrans keçirib AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi, Türk dünyası şəhidlərinin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb Sonra Azərbaycan və Türkiyənin şəhid ailələri ilə işə dair videoçarx nümayiş etdirilib. “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova konfransın əsas məqsədinin iki qardaş ölkənin şəhid ailələri arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin təşviqi və ortaq milli-mənəvi dəyərlərin gələcək nəsillərə çatdırılması olduğunu diqqətə çatdırıb Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib. Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid və Qazi Ailələri ilə İş Agentliyinin şöbə müdiri Ayşənur Dinç Azərbaycan və Türkiyənin şəhid ailələri arasında əlaqələrin genişlənməsinin əhəmiyyətini vurğulayıb, bunun böyük mənəvi dəyəri olduğunu bildirib. Türkiyədən şəhid ailəsinin üzvü Aişə Kılıçarslan azadlığına qovuşan və yenidən qurulan Qarabağ barədə təəssüratlarını bölüşüb Ağdamın ictimaiyyət nümayəndələri - Çimnaz Əliyeva, Səbinə Gözəlova, Tünzalə Vəliməmmədova çıxışlarında şəhid ailələrinə mənəvi dəstək ifadə ediblər Konfransda Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllimi Səbinə Ərəbli və tələbələrinin iştirakı ilə musiqi proqramı təqdim olunub Səfər proqramı çərçivəsində nümayəndə heyəti Bakı, Xankəndi, Şuşa, Xocalı və Ağdam şəhərlərini ziyarət edib. Qonaqlar Şuşa qalası, Cıdır düzü, Gövhər Ağa Məscidi, Qarabağ Universiteti və Xankəndidə yerləşən Zəfər Parkı ilə tanış olublar 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


