Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
İyunun 6-da Gürcüstanın Qardabani bələdiyyəsinin Kosalı ictimai məktəbindən şagirdləri ekskursiyaya aparan mikroavtobuslar qəzaya düşüb AZƏRTAC xəbər verir ki, mikroavtobuslarda təxminən 30 nəfər olub Mikroavtobusun sürücüsü avtomobili saxladıqdan sonra digər mikroavtobus sürücüsü ilə söhbət etdiy

İyunun 6-da Gürcüstanın Qardabani bələdiyyəsinin Kosalı ictimai məktəbindən şagirdləri ekskursiyaya aparan mikroavtobuslar qəzaya düşüb AZƏRTAC xəbər verir ki, mikroavtobuslarda təxminən 30 nəfər olub Mikroavtobusun sürücüsü avtomobili saxladıqdan sonra digər mikroavtobus sürücüsü ilə söhbət etdiyi zaman arxadan gələn minik avtomobili mikroavtobusa çırpılıb Qəza nəticəsində sürücülərdən biri iki avtomobilin arasında qalaraq həyatını itirib. Dünyasını dəyişən şəxs 68 yaşlı Qardabani sakinidir Hadisə zamanı bir neçə şagird müxtəlif dərəcəli bədən xəsarətləri alıb Yaralıların vəziyyəti ilə bağlı dəqiq məlumat verilməyib Hadisə yerinə patrul polisi və təcili tibbi yardım briqadaları cəlb olunub. Faktla bağlı araşdırma aparılır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Konstansada Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz uçan aparat partlayıb. Ukrayna hakimiyyəti Rumıniyaya vaxtında xəbərdarlıq etməyib

BAPF pensiya yığımlarının çıxarılması üçün yeni adekvatlıq hədlərini dərc edib
