Qaradağdakı yanğın məşhur şirkətin anbarından başlayıb - AÇIQLAMA
"Kontakt Home" şirkəti Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla bağlı açıqlama yayıb. Modern.az xəbər verir ki, "Kontakt Home" yanğının şirkətə məxsus anbarda baş verdiyini bildirib: “Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib. Ən önəml

"Kontakt Home" şirkəti Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla bağlı açıqlama yayıb. Modern.az xəbər verir ki, "Kontakt Home" yanğının şirkətə məxsus anbarda baş verdiyini bildirib: “Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib. Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki bütün insanlar salamatdır. Mövcud vəziyyətlə əlaqədar bəzi sifarişlərinizin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər. Vəziyyətlə bağlı yeni məlumatlar paylaşılacaq", - "Kontakt Home" şirkəti bəyan edib. Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Aviasiya dəstəsi və Bakı Regional Mərkəzinin ümumilikdə 182 nəfərdən ibarət şəxsi heyəti, 40 ədəd xüsusi təyinatlı texnikası və 2 helikopteri cəlb olunub


