Tenqri
Ana Səhifə
Dünya

Qarabağın bərpası müasir şəhərsalma modelinin uğurlu nümunəsi kimi təqdim olunub

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və partiyanın Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə Göygöl rayonunda yerləşən “Yaylaq” düşərgəsində keçirilən “Heydər Əliyev məktəbi” layihəsinin dördüncü günündə gənc fəallarla “Şəhərsalma mədəniyyəti: ənənə və müasirliyin sintezi” mövz

0 baxışazertag.az
Qarabağın bərpası müasir şəhərsalma modelinin uğurlu nümunəsi kimi təqdim olunub
Paylaş:

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və partiyanın Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə Göygöl rayonunda yerləşən “Yaylaq” düşərgəsində keçirilən “Heydər Əliyev məktəbi” layihəsinin dördüncü günündə gənc fəallarla “Şəhərsalma mədəniyyəti: ənənə və müasirliyin sintezi” mövzusunda görüş keçirilib Partiyadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib Görüşdə çıxış edən Milli Məclisin deputatı Müşfiq Cəfərov, Gəncə Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov şəhərlərin xalqın tarixini, mədəniyyətini, həyat tərzini və gələcəyə baxışını əks etdirən canlı məkanlar olduğunu vurğulayıb, şəhərsalma mədəniyyətində ənənə ilə müasirliyin uzlaşdırılmasının xüsusi əhəmiyyət daşıdığını bildiriblər Qeyd olunub ki, Azərbaycan son illərdə bu istiqamətdə özünəməxsus şəhərsalma yanaşması formalaşdırıb. Bu yanaşmanın əsas xüsusiyyəti müasir texnologiyaların tətbiqi ilə milli memarlıq irsinin qorunmasının vəhdət təşkil etməsidir. Şəhərlərin inkişafında yalnız estetik görünüş deyil, insanların rahatlığı, ekoloji tarazlıq, sosial inteqrasiya və mədəni irsin yaşadılması da əsas prinsiplər kimi qəbul edilir. Həmçinin vurğulanıb ki, Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın şəhərsalma sahəsində qazandığı təcrübənin beynəlxalq ictimaiyyətlə paylaşılması baxımından mühüm platforma rolunu oynayıb Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa layihələrinin müasir şəhərsalma standartlarının uğurlu nümunəsi olduğu müzakirələr zamanı diqqətə çatdırılıb. Qeyd edilib ki, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları milli memarlıq elementləri ilə birləşdirilərək gələcəyin yaşayış məkanlarının formalaşdırılmasına xidmət edir Çıxışlarda gənclərin bu prosesdə mühüm rol oynadığı vurğulanaraq, onların həm milli irsin qorunmasına, həm də innovativ ideyaların tətbiqinə töhfə vermələrinin vacibliyi qeyd edilib Müzakirə zamanı gənclər mövzu ilə bağlı fikirlərini bölüşərək fəal müzakirələr aparıblar Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb Sonra iştirakçıların Göygöl Milli Parkına ekskursiyası təşkil olunub Həmin gün layihə iştirakçıları arasında tir atıcılığı üzrə idman yarışı və “Zamanın izində: tarix və inkişaf” mövzusunda Breyn-rinq formatında intellektual oyun da keçirilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler