"Qarabağ"ın 2026/2027 mövsümünə hazırlıq planı bəlli olub
"Qarabağ"ın 2026/2027 mövsümünə hazırlıq planı bəlli olub "Report" xəbər verir ki, sabah - iyunun 10-da Bakıda bir araya gələcək komanda hazırlığın ilk mərhələsini paytaxtda keçəcək. Bu mərhələ iyunun 22-dək davam edəcək "Qarabağ" iyunun 22-də Avstriyaya yollanacaq. Komanda hazırlığın ikinci mərhə

"Qarabağ"ın 2026/2027 mövsümünə hazırlıq planı bəlli olub "Report" xəbər verir ki, sabah - iyunun 10-da Bakıda bir araya gələcək komanda hazırlığın ilk mərhələsini paytaxtda keçəcək. Bu mərhələ iyunun 22-dək davam edəcək "Qarabağ" iyunun 22-də Avstriyaya yollanacaq. Komanda hazırlığın ikinci mərhələsini Tirol əyalətində keçirəcək. Avstriya toplanışı iyulun 2-dək davam edəcək Təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Komanda iyunun 27-də Bolqarıstanın ÇSKA (Sofiya) klubu ilə qarşılaşacaq. Görüş yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 19:00) başlayacaq "Qarabağ" iyulun 1-də iki görüşə çixacaq. Komanda toplanışda ikinci yoxlama matçını iyulun 1-də Ukraynanın "Metallist" komandasına qarşı keçirəcək. Oyun yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə saat 15:00) start götürəcək. Avstriya hazırlığında son rəqib "Ferentsvaroş" olacaq. Macarıstan təmsilçisi ilə qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00-da) başlayacaq Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


