Qarabağda yanğın risklərinə qarşı yeni tədbirlər müzakirə olundu - FOTO
İyunun 12-də Ağdam şəhərində “Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması” mövzusunda növbəti regional müşavirə keçirilib Publika.az xəbər verir ki, müşavirədə Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin rəis
.jpg&w=2048&q=70)
İyunun 12-də Ağdam şəhərində “Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması” mövzusunda növbəti regional müşavirə keçirilib Publika.az xəbər verir ki, müşavirədə Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin rəisi polkovnik-leytenant Kənan Aşurov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov, Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev, Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Cəmil Xudiyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini daxili xidmət polkovniki Mircavad Seyidov, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Daxili İşlər və Ədliyyə nazirliklərinin, Baş Prokurorluğun məsul əməkdaşları, Mərkəzin əhatə etdiyi rayon icra hakimiyyəti başçılarının müavinləri və digər aidiyyəti strukturların nümayəndələri iştirak ediblər Müşavirənin keçirilməsində məqsəd qarşıdan gələn yay fəsli ilə əlaqədar meşə və meşəətrafı ərazilərdə, əkin sahələrində mümkün yanğınların qarşısının alınması istiqamətində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsi olub Müşavirədə yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması məqsədilə aidiyyəti qurumların birgə fəaliyyətinin vacibliyi vurğulanıb. Bildirilib ki, ətraf mühitin ayrılmaz hissəsi olan meşələrin mühafizəsi və inkişafı iqlim dəyişmələrinə qarşı vacib mübarizə tədbirlərindən biridir. Əhali arasında ekoloji maarifləndirmə tədbirlərinin genişləndirilməsinin, meşə və əkin sahələri ətrafında mineral zolaqların salınmasının, yanğınların söndürülməsi üçün sututarların yaradılmasının əhəmiyyəti vurğulanıb Müşavirədə yay mövsümünün gəlməsi ilə əlaqədar meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının vacibliyi xüsusi qeyd edilib Kürdəmirdə bir nəfər kanalda batdı İş yerlərində gender bərabərliyi mövzusunda tədbirlər keçirilib FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi “Balını artırarıq” tələsi: Abituriyentlərə vacib xəbərdarlıq Xüsusi qabiliyyət imtahanlarına start verilir FHN zəlzələ ilə bağlı məlumat yaydı Qəbələdəki güclü zəlzələ kameralara bu cür düşdü - Anbaan video Zeynəb Xanlarova: Şəklə ərə getdim, görüşmədim - Video Naxçıvana uçan təyyarələr Bakıya qayıtdı 11 klub “Turan Tovuz”la bağlı CAS-a müraciət etdi Feysbuk və İnstaqram çökdü - Yeniləndi 1 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir “Balını artırarıq” tələsi: Abituriyentlərə vacib xəbərdarlıq Cəmi iki gün əvvəl şad xəbər çatdırmışdılar, ayrıldılar - FOTO