Tenqri
Ana Səhifə
Dünya

Qarabağda kənd təsərrüfatı üçün yeni model qurulur

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri ilə yanaşı, kənd təsərrüfatının inkişafı da dövlətin əsas prioritetlərindən biri hesab olunur. Həmin ərazilərin aqrar potensialının iqtisadi dövriyyəyə cəlb edilməsi, fermer və investorların torpaqla təmin olunması, elə

0 baxışmodern.az
Qarabağda kənd təsərrüfatı üçün yeni model qurulur
Paylaş:

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri ilə yanaşı, kənd təsərrüfatının inkişafı da dövlətin əsas prioritetlərindən biri hesab olunur. Həmin ərazilərin aqrar potensialının iqtisadi dövriyyəyə cəlb edilməsi, fermer və investorların torpaqla təmin olunması, eləcə də məhsulların brendləşdirilərək xarici bazarlara çıxarılması istiqamətində müxtəlif layihələr icra edilir Məsələ ilə bağlı Modern.az-a açıqlama verən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, işğaldan azad olunmuş ərazilər hazırda daha çox intensiv quruculuq mərhələsindədir "Azad olunmuş ərazilər hal-hazırda daha çox intensiv quruculuq mərhələsindədir. Həm geri qayıdan əhalinin əkin torpaqları ilə təmin olunması, həm də investorların torpaq sahələri ilə təmin edilməsi üçün müsabiqələr keçirilir. Bundan sonra adətən beş illik ilkin müqavilələr bağlanır və investisiyaların həmin müddətdə qoyulması gözlənilir", - nazir qeyd edib Onun sözlərinə görə, həmin ərazilər aqrar inkişaf baxımından hələ başlanğıc mərhələsində olsa da, böyük potensiala malikdir "Oranın çox böyük potensialı var. Eyni zamanda, bizim yanaşmamız Azərbaycanın digər bölgələrində mövcud olan aqrar əkin strukturu ilə müqayisədə daha sistemli yanaşmanın formalaşdırılmasına yönəlib. Biz daha yeni bir model qurmağa çalışırıq", - deyə o bildirib Nazir kənd təsərrüfatı məhsullarının brendləşdirilməsi və ixrac imkanlarından da danışıb. O qeyd edib ki, bu istiqamətdə mühüm addımlardan biri sertifikatlaşma prosesinin genişləndirilməsidir "İki gün öncə cənab Prezident 759 nömrəli fərmanla bağlı dəyişiklik edib və artıq sertifikat subsidiyasının verilməsi də nəzərdə tutulur. Məqsəd beynəlxalq aqrar təcrübələrin Azərbaycanda tətbiq olunması və sertifikatlaşdırmanın həyata keçirilməsidir. Bu proses genişləndikcə fermerlər və sahibkarlar məhsullarını dünyanın müxtəlif ölkələrinə ixrac edə biləcəklər", - Məmmədov vurğulayıb

Kaynak: modern.az

Diğer Haberler