"Qarabağ"da baxışda olan nigeriyalı futbolçular geri qayıdırlar
"Qarabağ" klubunun U-19 komandasında baxışda olan nigeriyalı futbolçular Onyema Fransis Çukvumoabim və Akinrefon Mikael Adetoro ölkələrinə qayıdırlar Bu barədə "Report"un sorğusuna cavab olaraq Ağdam təmsilçisinin Futbol Akademiyasının meneceri Nail Kərimov bildirib Onun sözlərinə görə, məşqçilər

"Qarabağ" klubunun U-19 komandasında baxışda olan nigeriyalı futbolçular Onyema Fransis Çukvumoabim və Akinrefon Mikael Adetoro ölkələrinə qayıdırlar Bu barədə "Report"un sorğusuna cavab olaraq Ağdam təmsilçisinin Futbol Akademiyasının meneceri Nail Kərimov bildirib Onun sözlərinə görə, məşqçilər korpusu martda kollektivə qoşulan oyunçuları baxışdan keçiriblər: "Onların növbəti mövsümün əvvəlində buraya gəlib-gəlməyəcəyi bir neçə məsələdən asılıdır. Hər şey planlaşdırıldığı kimi getsə, ola bilər ki, biri və ya ikisi də müqaviləyə dəvət olunsun" N.Kərimov mövsümün əvvəlində heyətə cəlb edilən Muyideen Olude və Toheeb Abiodunla bağlı qərarın hələlik verilmədiyini söyləyib: "Onların müqavilələri "1+1" illikdir. Növbəti mövsümdə bizi nələrin gözlədiyini hələlik bilmirik. Əvəzedici komandalarla bağlı qərarı gözləyirik. Həmin oyunçuların 19 yaşları artıq tamam olur. Növbəti mövsüm komandada qalsalar, ancaq Əvəzedicilər Liqasında oynaya biləcəklər. Bu çempionatla bağlı qərar veriləndən sonra bir qərara gəlib məsələni yekunlaşdıracağıq" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


