Qarabağ və Şərqi Zəngəzurda 6876 hektar sahədə 43 investisiya layihəsi icra olunur
Azad edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsində özəl investisiyaların cəlbi və aqroparkların yaradılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir AZƏRTAC xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zəngilanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə r

Azad edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsində özəl investisiyaların cəlbi və aqroparkların yaradılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir AZƏRTAC xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zəngilanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə regional müşavirədə bildirib Nazirin sözlərinə görə, ilkin investisiya müsabiqələri çərçivəsində 6876 hektar torpaq sahəsi üzrə 43 sahibkarla müqavilə imzalanıb və ümumilikdə 69 milyon manatlıq investisiya öhdəliyi formalaşıb O qeyd edib ki, növbəti mərhələdə 12 min 960 hektar sahə üzrə yeni layihələr qiymətləndirilib, Qarabağda və Şərqi Zəngəzurda iri bağçılıq, heyvandarlıq və südçülük aqroparklarının yaradılması davam etdirilir Məcnun Məmmədov bildirib ki, 2026-cı il üçün əsas prioritetlər sırasında məskunlaşan əhalinin əkin və örüş sahələri ilə təmin edilməsi, kooperativləşmənin genişləndirilməsi, yeni investisiya müsabiqələrinin keçirilməsi və aqrar-sənaye klasterlərinin formalaşdırılması yer alır Nazirin sözlərinə görə, Ağdam rayonunda 3000 hektar ərazidə bağçılıq və heyvandarlıq kompleksi, eləcə də 2100 hektar sahədə südçülük və damazlıq heyvandarlıq kompleksi yaradılması planlaşdırılır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


