Tenqri
Ana Səhifə
Elm

Qarabağ Universitetində professional səs elminə həsr olunmuş konqres təşkil edilib

Qarabağ Universitetinin İncəsənət fakültəsində Elm və Təhsil Nazirliyi dəstəyi ilə “1-ci Qarabağ Səs Konqresi” keçirilib Universitetdən AZƏRTAC-a bildirilib ki, konqres Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti, Azərbaycan Foniatrlar və Loqopedlər Cəmiyyəti, Avropa Foniatrlar İttifaqı, Türkiyənin “

0 baxışazertag.az
Qarabağ Universitetində professional səs elminə həsr olunmuş konqres təşkil edilib
Paylaş:

Qarabağ Universitetinin İncəsənət fakültəsində Elm və Təhsil Nazirliyi dəstəyi ilə “1-ci Qarabağ Səs Konqresi” keçirilib Universitetdən AZƏRTAC-a bildirilib ki, konqres Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti, Azərbaycan Foniatrlar və Loqopedlər Cəmiyyəti, Avropa Foniatrlar İttifaqı, Türkiyənin “Kulak, Burun, Boğaz ve Baş Boyun Cerrahisi Derneği”, “Ses, Konuşma, Yutma Bozuklukları Derneği”, “Professional Ses Derneği” və “Laringoloji Derneği” kimi elmi cəmiyyətlərlə birlikdə keçirilib. Məqsəd yerli və xarici mütəxəssislərlə (həkimlər, incəsənət xadimləri) birgə professional səsin müxtəlif aspektlərini, Azərbaycan musiqisi, muğam və milli vokal üslubunun xüsusiyyətlərini elmi yöndən müzakirə etmək, gələcək elmi araşdırmalar üçün ortaq platforma qurmaqdan ibarət olub Tədbiri açan İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə fakültənin fəaliyyəti haqqında iştirakçılara məlumat verib. Sonra Avropa Foniatrlar İttifaqının prezidenti professor Haldun Oğuz elmi tədbirin əhəmiyyətini vurğulayıb, bütün həmkarları adından Qarabağ Universitetində olmaqdan məmnun olduqlarını qeyd edib Bu il keçirilən ilk konqresin əsas mövzusu professional səsin müxtəlif aspektləri, ömür boyu sağlam səslə performans, səs-vokal elmində elmi tədqiqat imkanlarına həsr olunub. Tədbir Qarabağ Universitetinin İncəsənət fakültəsinin və Türkiyə Cümhuriyyətindən gələn sənətçilərin konserti ilə davam edib Konqresdə Qarabağ Universitetinin müxtəlif fakültələrinin müəllim-tələbə heyəti iştirak edib, Türkiyə, ABŞ, Azərbaycanın müxtəlif elmi mərkəzlərindən 35 nəfər foniatr, loqoped və sənətçilər elmi proqramda təmsil olunublar 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler