Tenqri
Ana Səhifə
Dünya

“Qarabağ Tallin” Brüsseldə keçirilən beynəlxalq turnirin gümüş mükafatçısı olub

Belçikanın paytaxtı Brüsseldə müxtəlif Avropa ölkələrində yaşayan azərbaycanlıların, eləcə də digər millətlərin nümayəndələrindən ibarət həvəskar komandaların iştirak etdiyi III Beynəlxalq “Suqovuşan” minifutbol turniri başa çatıb AZƏRTAC xəbər verir ki, 24 komandanın qatıldığı yarışda Gürcüstan, Q

0 baxışazertag.az
“Qarabağ Tallin” Brüsseldə keçirilən beynəlxalq turnirin gümüş mükafatçısı olub
Paylaş:

Belçikanın paytaxtı Brüsseldə müxtəlif Avropa ölkələrində yaşayan azərbaycanlıların, eləcə də digər millətlərin nümayəndələrindən ibarət həvəskar komandaların iştirak etdiyi III Beynəlxalq “Suqovuşan” minifutbol turniri başa çatıb AZƏRTAC xəbər verir ki, 24 komandanın qatıldığı yarışda Gürcüstan, Qazaxıstan, Özbəkistan, Ukrayna və Pakistan daxil olmaqla, müxtəlif ölkə və təşkilatların təmsilçiləri mübarizə aparıblar. Turnirdə Estoniyada yaşayan azərbaycanlıları bir araya gətirən “Qarabağ Tallin” komandası da iştirak edib Yarışın reqlamentinə əsasən, hər komandaya heyətinə bir legioner futbolçu daxil etmək imkanı yaradılıb. “Qarabağ Tallin” komandası Estoniya-Azərbaycan “Birlik” icmasının və azərbaycanlı iş adamlarının dəstəyi sayəsində turnirdə iştirak edib Komanda turnirdə keçirdiyi 9 oyunun 8-də qələbə qazanaraq qrup və pley-off mərhələlərini uğurla adlayıb. Finala yüksələn Tallin təmsilçisi həlledici qarşılaşmada rəqibinə məğlub olaraq gümüş medallara sahib çıxıb “Qarabağ Tallin”in futbolçusu Lev Visman isə göstərdiyi yüksək performansa görə turnirin ən yaxşı oyunçusu seçilib Qazanılan gümüş medallar “Qarabağ Tallin” komandası üçün mühüm nailiyyət olmaqla yanaşı, xaricdə yaşayan azərbaycanlıların həmrəyliyinin, qarşılıqlı dəstəyinin və ortaq məqsəd ətrafında birləşməsinin növbəti uğurlu nümunəsi kimi qiymətləndirilir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler