Tenqri
Ana Səhifə
Dünya

"Qarabağ" rəsmisi Aftandil Hacıyev: "Strasburq" Əli Bəşirovun performansını bəyənib"

Fransanın "Strasburq" klubu Azərbaycanın U-16 millisinin və "Qarabağ"ın futbolçusu Əli Bəşirovun performansını bəyənib Bunu "Report"a açıqlamasında Ağdam klubunun akademiyasının koordinatoru Aftandil Hacıyev deyib "Bizə futbolçunun keyfiyyətləri barədə atletik performans testlərini göndərdilər. Üm

0 baxışreport.az
"Qarabağ" rəsmisi Aftandil Hacıyev: "Strasburq" Əli Bəşirovun performansını bəyənib"
Paylaş:

Fransanın "Strasburq" klubu Azərbaycanın U-16 millisinin və "Qarabağ"ın futbolçusu Əli Bəşirovun performansını bəyənib Bunu "Report"a açıqlamasında Ağdam klubunun akademiyasının koordinatoru Aftandil Hacıyev deyib "Bizə futbolçunun keyfiyyətləri barədə atletik performans testlərini göndərdilər. Ümumilikdə futbolçumuzun oyunu onları qane edib, performansını bəyəniblər. Amma prosesi necə davam etdirəcəyimiz bəlli deyil, çünki danışıqlar hələ başlamayıb. Oyunçunun 16 yaşı olduğu üçün keçidin necə reallaşacağı bilinmir, çünki ortada FIFA-nın qaydaları var. Klublar arasında mütləq danışıqlar aparılmalıdır. Onun Fransaya getmək ehtimalı var. Lakin bu, rəsmi müzakirələrdən asılı olacaq" Qeyd edək ki, Əli Bəşirov Fransanın "Strasburq" klubunda keçirdiyi iki həftəlik təcrübə proqramını başa vurub. 16 yaşlı futbolçu təcrübə müddətində klubun 17 yaşadək futbolçulardan ibarət komandası ilə birlikdə məşqlərdə və yoldaşlıq oyunlarında iştirak edib. O, həmçinin bir sıra fiziki və atletik testlərdən də keçib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler