Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutunun və Tətbiqi Elmlər İnstitutunun yaradılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respubl

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 4 aprel tarixli 545 nömrəli Sərəncamının 1.1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində müasir infrastruktura və beynəlxalq standartlara uyğun elmi tədqiqat və təcrübi istehsalat bazasına malik publik hüquqi şəxs statuslu aşağıdakı elmi müəssisələr yaradılsın: 1.1. Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutu; 2. Bu Qərarın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin: 2.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə publik hüquqi şəxslərin yenidən təşkili və ləğv edilməsi; 2.2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə bu Qərarın 2.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsi ilə publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi 3. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi: 3.1. bu Qərarın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin nizamnamələrini iki ay müddətində təsdiq etsin; 3.2. publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün onların nizamnamələri təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün; 3.3. bu Qərardan irəli gələn digər məsələləri həll etsin 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


