Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsert Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, aparıcı bədii kollektivlərin iştirakı

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsert Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, aparıcı bədii kollektivlərin iştirakı ilə gerçəkləşən ölkəmiqyaslı qastrol proqramı çərçivəsində təşkil olunub. Orkestrin dirijoru Əməkdar artist Əyyub Quliyevdir Xızı rayon Heydər Əliyev Mərkəzində keçirilən konsertdə dünyaşöhrətli bəstəkarların əsərlərindən ibarət proqram təqdim edilib Aparıcı bədii kollektivlərin qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyənləşdirilmiş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


