Qara dəniz kurortlarından kütləvi imtinalar başladı - Nə baş verir?
Rusiyada turistlər Qara dəniz sahillərində yerləşən kurortlar üçün etdikləri bronları kütləvi şəkildə ləğv etməyə başlayıblar Publika.az xəbər verir ki, buna səbəb bölgədə baş verən neft məhsulları sızması və ekoloji vəziyyətlə bağlı narahatlıqlardır. Xüsusilə Krasnodar diyarı və Tuapse istiqamətin

Rusiyada turistlər Qara dəniz sahillərində yerləşən kurortlar üçün etdikləri bronları kütləvi şəkildə ləğv etməyə başlayıblar Publika.az xəbər verir ki, buna səbəb bölgədə baş verən neft məhsulları sızması və ekoloji vəziyyətlə bağlı narahatlıqlardır. Xüsusilə Krasnodar diyarı və Tuapse istiqamətində istirahət planlaşdıran turistlər səfərlərdən imtina edir Turizm sektorunda çalışan nümayəndələrin sözlərinə görə, insanlar dəniz sahillərindəki ekoloji durumun yay mövsümünə qədər tam bərpa olunacağına inanmırlar. Bu səbəbdən bir çox turist alternativ istirahət məkanları axtarmağa başlayıb Məlumata görə, son həftələrdə Tuapse bölgəsində neft məhsullarının dənizə və sahilboyu ərazilərə yayılması ilə bağlı xəbərlər ciddi narahatlıq yaradıb. Sosial şəbəkələrdə çirklənmiş çimərliklər və qaralmış sahillərlə bağlı görüntülər yayılıb Ekspertlər bildirirlər ki, vəziyyət turizm sektoruna ciddi iqtisadi zərbə vura bilər. Xüsusilə yay mövsümündə Qara dəniz sahillərinə turist axınının azalacağı ehtimal edilir Qeyd edilir ki, bəzi bölgələrdə hotellər və istirahət mərkəzləri artıq bronların ləğvi səbəbindən endirim kampaniyalarına başlayıblar. Buna baxmayaraq, turistlərin böyük hissəsi risk etmək istəmir Xatırladaq ki, Qara dənizdə neft sızması ilə bağlı problem ötən ildən gündəmdədir. Kerç boğazında baş vermiş tanker qəzasından sonra dənizə minlərlə ton mazutun axdığı bildirilmişdi. Mütəxəssislər bunun bölgənin ekosisteminə uzunmüddətli təsir göstərə biləcəyini açıqlayıblar Medvedyevdən Almaniya ilə bağlı qalmaqallı açıqlama: Hüquqi əsası yoxdur Ukraynadan Rusiyaya görünməmiş zərbə: HHM tam işə düşdü, yüzlərlə insan… Ermənistanla Belarus arasında diplomatik savaş: İrəvana xəbərdarlıq edildi Rusiya XİN bütün ölkələrə və beynəlxalq təşkilatlara nota göndərdi - Zərbələrin endirilməsi qaçınılmaz olacaq! Zaxarova toyundan danışdı: Otaqda cəmi bir neçə nəfər və Putinin Rusiyadan Ermənistanın Belarusla bağlı fikirlərinə sərt reaksiya gəldi Ayın 18-dən bütün universitetlərdə tədris distant olacaq? - Açıqlama Ramiz Tahirovun müavini 1 milyonluq mənimsəmədə ittiham edilir - Ölümündən sonra Bakı metrosu iş rejimində dəyişiklik edir Bu məşhurlar 1 günə "milyonlar" itirdilər - SİYAHI Bu gün 3 bürc üçün nəhayət qara buludlar dağılır Qurban bayramında ətin qiyməti belə dəyişəcək - Əhaliyə çağırış edildi Bakının hansı küçələrində tıxac var? - Siyahı ABŞ-da qəribə nəzəriyyə yenidən gündəmdə: Trampın oğlu zaman səyahətçisidir?


