Tenqri
Ana Səhifə
Dünya

Qanunvericiliyə dəyişikliklər məcburi köçkünlük dönəminin hüquqi baxımdan yekunlaşmasıdır - RƏY

Məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmin edilməsinə dair qanun layihəsinin plenar iclasa tövsiyə olunması “Böyük Qayıdış”ın daimi yaşayış modelinə keçidinin hüquqi təminatıdır. Milli Məclisdə müzakirəyə çıxarılacaq bu mühüm sənəd cəmiyyətdə geniş maraq doğurmaqla yanaşı, Azərbaycanın postmün

0 baxışazertag.az
Qanunvericiliyə dəyişikliklər məcburi köçkünlük dönəminin hüquqi baxımdan yekunlaşmasıdır - RƏY
Paylaş:

Məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmin edilməsinə dair qanun layihəsinin plenar iclasa tövsiyə olunması “Böyük Qayıdış”ın daimi yaşayış modelinə keçidinin hüquqi təminatıdır. Milli Məclisdə müzakirəyə çıxarılacaq bu mühüm sənəd cəmiyyətdə geniş maraq doğurmaqla yanaşı, Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi "Böyük Qayıdış" strateji proqramının hüquqi müstəvidə yeni, daha mütərəqqi mərhələyə keçirilməsinin əsas göstəricilərindən biridir Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova bildirib Onun sözlərinə görə, otuz ilə yaxın davam edən işğal dövründə "məcburi köçkün" statusu sadəcə hüquqi bir anlayış deyil, həm də işğal faktının beynəlxalq və daxili müstəvidə tanınmasının hüquqi rəsmiləşdirilməsi idi: Bu status, eyni zamanda, məcburi köçkünlərin müdafiəsini, mənzil təminatını və humanitar ehtiyaclarını qarşılayan fundamental bir mexanizm rolunda çıxış edib Lakin Azərbaycanın öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsindən sonra regionda tamamilə yeni geopolitik və sosial-iqtisadi reallıqlar yaranıb. Bu yeni reallıq, mövcud qanunvericilik bazasının da müasir çağırışlara və dayanıqlı inkişaf hədəflərinə uyğunlaşdırılmasını qaçılmaz və zəruri addıma çevirib Təqdim olunan qanunvericilik dəyişikliklərinin əsas fəlsəfəsini və strateji mahiyyətinə toxunan QHT sədri bildirib ki, əsas hədəf vətəndaşlarımızın uzun illər boyu məcbur qaldığı keçici məskunlaşma modelindən daimi yaşayış modelinə hüquqi keçidini təmin etməkdir: "Bu addım fundamental bir keçiddir. İnsanlarımız artıq müvəqqəti sığınacaq tapan status daşıyıcıları deyil, öz doğma yurdlarında tamhüquqlu mülkiyyətçi, daimi sakin və həmin ərazilərin sosial-iqtisadi, mədəni həyatının fəal iştirakçısı kimi təsbit olunurlar. Dövlət bu dəyişikliklə vətəndaşına “keçici vəziyyət bitdi, artıq öz evindəsən” mesajını hüquqi dillə verir. İşğaldan azad edilmiş şəhər və kəndlərimiz müasir şəhərsalma prinsipləri, "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları əsasında yenidən qurulur” A.Bağırova qeyd edib ki, yeni qanunvericilik təşəbbüsü keçmiş məcburi köçkünlərin bu ərazilərdəki mülkiyyət hüquqlarının, torpaq və mənzil mənsubiyyətinin tam hüquqi qorunmasını və dayanıqlı məskunlaşmanın təşviqini təmin edir “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaradılan infrastruktur, vergi və gömrük güzəştləri qayıdan əhalinin fəal sahibkarlıqla məşğul olmasına şərait yaradır. Qanunvericilik bazası da bu fəallığı dəstəkləyən stimullaşdırıcı mexanizmləri özündə ehtiva edir. Bu dəyişikliklər, mahiyyət etibarilə, məcburi köçkünlük dönəminin hüquqi baxımdan uğurla yekunlaşması və “Böyük Qayıdış”ın növbəti möhtəşəm mərhələsinin hüquqi təsbitidir Dövlətimiz hər bir vətəndaşın öz doğma torpağında uzunmüddətli, təhlükəsiz, firavan və ləyaqətli həyat qurmasının fundamental əsaslarını yaradır. Sözügedən qanun layihəsi Vətən müharibəsində qazanılan Zəfərdən sonrakı dönəmdə sosial ədalətin, mülki hüquqların yüksək səviyyədə qorunmasının və dövlət-vətəndaş münasibətlərindəki yeni keyfiyyət mərhələsinin bariz nümunəsidir”, - deyə o qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler