Tenqri
Ana Səhifə
Dünya

Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!

Azərbaycanda dilənçiliklə bağlı cəzaları nəzərdə tutan yeni qanun qüvvəyə minsə də, tətbiqi ilə bağlı praktiki nəticələr hələ müşahidə olunmur. Belə ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, dilənçiliklə məşğul olan şəxslər xəbərdarlıq, cərimə və ya inzibati həbslə cəzalandırıla

0 baxışpublika.az
Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!
Paylaş:

Azərbaycanda dilənçiliklə bağlı cəzaları nəzərdə tutan yeni qanun qüvvəyə minsə də, tətbiqi ilə bağlı praktiki nəticələr hələ müşahidə olunmur. Belə ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, dilənçiliklə məşğul olan şəxslər xəbərdarlıq, cərimə və ya inzibati həbslə cəzalandırıla bilər. Lakin qərarın qəbulundan bir ay keçməsinə baxmayaraq, paytaxt və regionlarda küçələrdə dilənçilik halları davam edir Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a hüquqşünas Ellada Bayramova danışıb. O deyib ki, qanunun qüvvəyə minməsi ilə onun tam və effektiv icrası eyni anlayış deyil: “Yeni hüquqi normanın tətbiqi üçün aidiyyəti qurumlar tərəfindən icra mexanizmləri formalaşdırılmalı, hüquq-mühafizə orqanlarının əməkdaşları məlumatlandırılmalı və inzibati prosedurlar praktikada tətbiq edilməlidir. Xüsusilə yeni inzibati tərkib müəyyən edildikdə, hüquqtətbiqetmə təcrübəsinin formalaşması müəyyən vaxt tələb edir. Digər tərəfdən, dilənçilik yalnız hüquqi deyil, həm də sosial problemdir. Bu məsələ sosial müdafiə, məşğulluq, ailə institutunun zəifləməsi, miqrasiya, uşaqların müdafiəsi və sosial adaptasiya kimi amillərlə sıx bağlıdır. Buna görə də cəza tədbirləri sosial siyasətlə paralel həyata keçirilməlidir. Əks halda, problemin kök səbəbləri aradan qaldırılmadan yalnız inzibati sanksiyalarla davamlı nəticə əldə etmək çətin olacaq. Bu baxımdan, əmək bazarının genişləndirilməsi, aşağı ixtisaslı şəxslər üçün yeni iş yerlərinin yaradılması, peşə hazırlığı proqramlarının artırılması və sosial xidmətlərin əlçatanlığının yüksəldilməsi mühüm əhəmiyyət daşıyır” Hüquqşünas bildirib ki, insanların dilənçiliyə üz tutmaması üçün alternativ dolanışıq imkanlarına çıxış təmin edilməlidir: “Sosial dövlət” anlayışı da məhz vətəndaşı yalnız cəzalandırmağı yox, onu cəmiyyətə yenidən inteqrasiya etməyi nəzərdə tutur. Eyni zamanda, təşkilatlanmış dilənçilik halları ilə həqiqətən ağır sosial vəziyyətdə olan şəxslər arasında fərq qoyulması vacibdir. Hüquq-mühafizə orqanları hər bir halı ayrıca araşdırmalı, uşaqların istismarı, insan alveri və məcburi diləndirmə faktlarına xüsusi həssaslıqla yanaşmalıdır” E.Bayramovanın sözlərinə görə, normativ aktda başqa müddət nəzərdə tutulmadıqda, qanun müəyyən edilən tarixdən qüvvəyə minir və tətbiq olunmalıdır: “Lakin hüquqtətbiqetmə təcrübəsinin ölkə üzrə vahid şəkildə formalaşması müəyyən zaman tələb edir. Bu isə qanunun işləməməsi yox, onun icrasının mərhələli xarakter daşıması deməkdir. Yəni dilənçiliyə görə inzibati məsuliyyətin müəyyənləşdirilməsi ictimai asayişin qorunmasına yönəlmiş hüquqi addımdır. Bununla yanaşı, problemin uzunmüddətli həlli yalnız cəza tədbirləri ilə deyil, sosial müdafiə mexanizmlərinin gücləndirilməsi, məşğulluq imkanlarının artırılması və insan ləyaqətinə əsaslanan kompleks dövlət siyasəti ilə mümkündür. Bu səbəbdən küçələrdə dilənçilik hallarının hələ də müşahidə olunması qanunun tətbiqinin mərhələli xarakteri, hüquqtətbiqetmə təcrübəsinin formalaşması və problemin dərin sosial köklərlə bağlı olması ilə izah edilə bilər. Qanun qüvvədə olduğundan, onun tələblərinin gələcəkdə daha sistemli və ardıcıl şəkildə icra olunacağı gözlənilir” Pensiya və sosial müavinətlərlə bağlı yenilik Sərhədçilər daha bir cüyür balasını xilas etdilər - Video Yasamal və Nizami rayonlarında yaşayanların nəzərinə! Sabah bu ərazilərdə qaz olmayacaq Bu restorana şortla giriş qadağan edildi Kimlərə güzəştli kreditlər veriləcək? Tramp müsahibə zamanı qəzəbləndi: Aparıcıya "əxlaqsızsan" deyib, verilişi tərk etdi DÇ-2026-dan öncə qalmaqal: Özbəklərlə cinayətkarlar kimi davrandılar - VİDEO Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur! Tramp NBA finalında fitə basıldı - Azarkeşlə polis arasında toqquşma Pensiya və sosial müavinətlərlə bağlı yenilik Anası ən çox sevdiyi oyunçunun adını açıqladı, Yamal şoka düşdü - Foto İran rejimi belə səhvə yol versə... - Netanyahu hədələdi Bu gecə “qovuşurlar” - Azərbaycandan da görünəcək

Kaynak: publika.az

Diğer Haberler