Qanaxmadan şəhid olan Milli Qəhrəman
Azərbaycanın 224 Milli Qəhrəmanı var. Onların sayı dövlət başçısının iki şəhidə “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı 7 noyabr 2025-ci il tarixində imzaladığı sərəncamdan sonra atrmışdı. Hazırda Milli Qəhrəmanlardan 15 nəfəri sağdır. Şəhid olan Milli Qəhrəmanlarımız arasında qeyr

Azərbaycanın 224 Milli Qəhrəmanı var. Onların sayı dövlət başçısının iki şəhidə “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı 7 noyabr 2025-ci il tarixində imzaladığı sərəncamdan sonra atrmışdı. Hazırda Milli Qəhrəmanlardan 15 nəfəri sağdır. Şəhid olan Milli Qəhrəmanlarımız arasında qeyri-millətlərin nümayəndələri də var. Onlardan biri də Anatoli Davidoviçdir. Modern.az-ın məlumatına görə, bu günlərdə - 13 iyunda Milli Qəhrəmanın anım günü olub. Yəqin ki, 28 mart 1965-ci ildə 1965-ci ildə Belorus Respublikasının Minsk vilayətinin Kapıl rayonunun Skabin kəndində hərbçi ailəsində dünyaya göz açan Anatoli heç vaxt ağlına belə gətirməzdi ki, nə vaxtsa Azərbaycanın Milli Qəhrəmanı olacaq. Anatoli Nikolayeviç Davidoviç orta məktəbi sonralar ailəsinin köçdüyü Belarusun Slutsk şəhərində oxuyub. 1989-cu ildə Ukraynadakı Sumı Ali Hərbi Artilleriya Məktəbini bitirib, SSRİ-nin Almaniyadakı Qərb qoşun qrupunda, Zaqafqaziya hərbi dairəsində qulluq edib 1991-ci ilin iyununadək SSRİ-nin, sonra isə MDB-nin Gəncədəki hərbi hissəsində xidmət edən və kapitan rütbəsinə yüksələn Anatoli sonrakı həyatını Azərbaycan ordusu ilə bağlayıb. Belə ki, o, sovet ordusunun Gəncədəki alayında xidmət edərkən erməni silahlı qüvvələrinin Azərbaycanda törətdikləri faciələrə biganə qala bilməyərək, 1992-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin tərkibinə keçib və döyüşlərdə iştirak etməyə başlayıb. Azərbaycan Milli Ordusunda ona mayor rütbəsi verilib. Anatoli Davidoviç Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində artilleriya qərargahının rəisi olub. O, Milli Ordumuzun möhkəmləndirilməsinə böyük töhfələr verib. 1992-ci il iyunun əvvəllərində Ağdam rayonunda gedən qızğın döyüşlərdə 27 yaşlı Anatoli qəhrəmanlıq göstərib. Azərbaycan Ordusunun mayoru, bacarıqlı və cəsur komandir A.Davıdoviç tabeliyindəki əsgərlərə nümunə göstərərək düşmənə ardıcıl zərbələr endirib. Bu döyüşlərdə onun komandanlığı altında olan qüvvələr sayəsində düşmən silahlı dəstələrinə ciddi itkilər verib. Azərbaycan Ordusunun hücuma keçdiyi döyüşlərdə - Naxçıvanik kəndi yaxınlığında gənc mayor şəxsən bir neçə düşmən döyüş texnikasını məhv edib. Bu döyüşlərdə A.Davıdoviç başından ağır yaralanıb və çoxlu qan itirib. O, təcili olaraq Bakıdakı mərkəzi hərbi hospitala çatdırılıb, lakin həkimlərin səyləri nəticə verməyib. 1992-ci il 13 iyun tarixində mayor A. Davıdoviç huşu özünə gəlmədən vəfat edib. Onun cənazəsi doğulub boya-başa çatdığı Belorusa aparılıb və Slutsk şəhər qəbristanlığında dəfn edilib. Anatoli evli idi. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 3 iyul tarixli 24 saylı Fərmanı ilə mayor Davidoviç Anatoli Nikolayeviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb 2015-ci il aprelin 10-da anadan olmasının 50 illiyi ilə əlaqədar xatirəsinin əbədiləşdirilməsi məqsədilə Gəncə şəhərindəki küçəyə mayor Davidoviç adı verilib, həmin küçədə qəhrəmanın barelyefi qoyulub. Mayor A.Davidoviçin adına verilmiş küçədə xatirə lövhəsinin açılışında Davidoviç ailəsi – qardaşı Aleksandr, qardaşı oğlu Anatoli, həyat yoldaşı Tatyana Mixaylovna da iştirak edib. Milli Qəhrəmanın həyat yoldaşı Tatyana Anatolinin xatirəsinə göstərdiyi ehtirama görə Azərbaycana minnətdarlığını bildirib. A.Qorxmaz


