Tenqri
Ana Səhifə
Dünya

Qalibaf müəmması: İranı danışıqlarda Trampın “seçdiyi” şəxs təmsil edəcək?

ABŞ-la danışıqlarda İran nümayəndə heyətinə parlament sədri Məhəmməd Baqir Qalibaf rəhbərlik edəcək. Daha öncə əsas təmsilçinin xarici işlər naziri Abbas Əraqçinin olacağı gözləntisi fonunda bu dəyişiklik diqqət çəkir Qalibaf mühafizəkar qanadın təmsilçisi olsa da, diplomatiyanın tərəfdarı kimi çıx

0 baxışpublika.az
Qalibaf müəmması: İranı danışıqlarda Trampın “seçdiyi” şəxs təmsil edəcək?
Paylaş:

ABŞ-la danışıqlarda İran nümayəndə heyətinə parlament sədri Məhəmməd Baqir Qalibaf rəhbərlik edəcək. Daha öncə əsas təmsilçinin xarici işlər naziri Abbas Əraqçinin olacağı gözləntisi fonunda bu dəyişiklik diqqət çəkir Qalibaf mühafizəkar qanadın təmsilçisi olsa da, diplomatiyanın tərəfdarı kimi çıxış edir və rejim daxilində müəyyən nüfuza da malikdir, hətta adı post-Xamenei dövründə dini liderliyə namizədlər arasında da hallanırdı. Müharibə günlərində Qalibaf Laricaninin öldürülməsindən sonra İran rejiminin siyasi qanadında əsas fiqur kimi önə çıxmağa başladı. Diplomatiya tərəfdarı olması onu SEPAH daxilində radikal qanadla üz-üzə gətirir. Trampın Hörmüz boğazının açılması üçün İrana 5 günlük müddət verdiyi vaxt Qalibafın adı ABŞ-la danışıqları aparan şəxs qismində hallanırdı, hərçənd, SEPAH bu təmaslara isti yanaşmırdı. Qalibafın adı İsrail mediası tərəfindən tirajlanmışdı. İsrailin anlaşmaya qarşı olması fonunda “danışıqlar aparan şəxsin” adını hallandırması Qalibafı radikal mövqedən çıxış edən SEPAH-ın hədəfinə çevirmək məqsədi kimi də görünürdü. Lakin o, hələ də sağ qalmağı bacarıb. Bunun səbəblərindən biri də ABŞ və İsrailin Qalibafla Əraqçinin adını “hədəf siyahısı”ndan çıxarması idi. Bu, mümkün danışıqlarda İranı təmsil edəcək şəxslərin saxlanılmasına hesablanmaqla yanaşı, ABŞ-ın rejimi daxildən “yeniləmək planı”nın tərkib hissəsi kimi də görünür “Poitico” nəşri müharibənin 25-ci günündə yazırdı ki, Tramp Qalibafı İranın yeni dini lider postuna namizəd kimi nəzərdən keçirir. Xameneidən sonra oğlu Müctəba Xamenei dini lider seçilsə də, fiziki baxımdan bu missiyanı icra edəcək vəziyyətdə olmadığı haqda məlumatlar var. Bu baxımdan, Qalibafın ABŞ üçün hələ də əsas namizəd kimi qaldığı istisna edilməməlidir. Danışıqlarda İran nümayəndə heyətinə Qalibafın rəhbərlik etməsinə də bu konteksdə baxmaq olar Bu vəziyyət Qalibaf üçün riskli perspektivlər vəd edir: post-müharibə dövrünün yeni reallıqlarında İrana rəhbərlik edə bilər, ya da SEPAH-ın hədəfinə çevriləcək ABŞ-İran müharibəsi və atəşkəs: Kim qalib gəldi? - Ziddiyyətli detallar İranın Bakıdakı səfirliyinin qəribə bəyanatı – SEPAH hücuma hazırlaşır? ABŞ-ın dəhşətli hücumu, İranın cavab planı - Saatlar sonra nə baş verəcək? Hicab, yoxsa kəlağayı: Niyə seçim olmamalıdır? İranda quru əməliyyatı: pilotu çıxaran ABŞ nəyi nümayiş etdirdi? Tarixi memarlığımıza qarşı qraffiti vandalizmi Azərbaycanlı iş adamı milyonluq kompleks aldı Güclü yağış Türkiyədə fəlakətə səbəb oldu: Ölənlər var - Foto Xəzərdə daha bir zəlzələ oldu Saxta generalın azyaşlıya işgəncə verən oğlu və sevgilisi ilə bağlı qərar - Foto ABŞ-İran razılaşmasının qalibi bu ölkədir - 1922-ci ildəki Türkiyə kimi Ruttenin Trampa dəstəyi: NATO İran müharibəsinə qoşula bilər Qalibaf müəmması: İranı danışıqlarda Trampın “seçdiyi” şəxs təmsil edəcək? "Neçə Xalq artistinin əməliyyatını etdirmişəm"

Kaynak: publika.az

Diğer Haberler