Qalibaf: ABŞ İranla atəşkəsə əməl etmir
"Report" xəbər verir ki, bunu İran parlamentinin sədri və ABŞ ilə danışıqlar qrupunun rəhbəri Məhəmmədbaqer Qalibaf "X" sosial şəbəkə hesabında yazıb "Onlar nə atəşkəsə əməl edir, nə də dialoqa inanırlar və dəniz blokadası, eləcə də Livanla bağlı razılaşmaların pozulması vasitəsilə yalnız güc dilin

"Report" xəbər verir ki, bunu İran parlamentinin sədri və ABŞ ilə danışıqlar qrupunun rəhbəri Məhəmmədbaqer Qalibaf "X" sosial şəbəkə hesabında yazıb "Onlar nə atəşkəsə əməl edir, nə də dialoqa inanırlar və dəniz blokadası, eləcə də Livanla bağlı razılaşmaların pozulması vasitəsilə yalnız güc dilindən anladıqlarını göstərirlər", - İran parlamentinin spikeri vurğulayıb Qalibaf ABŞ-nin Hörmüz boğazını blokadaya alması və İsraili dəstəkləməsinə görə Ağ Evə xəbərdarlıq ünvanlayıb: "İran xalqına qarşı dəniz blokadası və Amerikanın İsrailə "yaşıl işıq" verməsi Vaşinqton ilə Təl-Əvivin regiondakı bazalarını İranın qanuni hədəflərinə çevirir" Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın 14 bəndlik memorandum üzrə razılaşması üçün Tehrana təzyiqlərin davam etdirilməsinin vacibliyini vurğulayıb. İran isə tutduğu mövqedən geri çəkilkmir. Hörmüz boğazındakı son gərginliklər də danışıqlar masasında ortaq məxrəcin əldə olunmaması ilə izah olunur Konqresin Nümayəndələr Palatasının üzvü Pet Fellon (Texas ştatından Respublikaçı) ABŞ-nin İran ərazisinə zərbələri bərpa edəcəyini bildirib Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


