Tenqri
Ana Səhifə
Dünya

Qafqaz Albaniyasının paytaxtına səyahət VİDEO

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Qafqaz Albaniyasının paytaxtı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Qəbələ Dövlət Tarix-Bədii Qoruğu 1978-ci ildə yaradılıb. Bu qoruq, sadəcə, tarixi ərazi deyil, o

0 baxışazertag.az
Qafqaz Albaniyasının paytaxtına səyahət VİDEO
Paylaş:

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Qafqaz Albaniyasının paytaxtı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Qəbələ Dövlət Tarix-Bədii Qoruğu 1978-ci ildə yaradılıb. Bu qoruq, sadəcə, tarixi ərazi deyil, o, qədim şəhərin sirləri, arxeoloqların tapıntıları və minilliklərdən gələn mədəni irsin qorunduğu açıq səma altında böyük muzeydir Qədim Qəbələ şəhərinin qalıqları rayon mərkəzindən təxminən 18 kilometr cənub-qərbdə, Çuxur Qəbələ və Tövlə kəndlərinin ərazisində yerləşir. Tarixi mənbələrə görə, Qəbələ eramızdan əvvəl IV–III əsrlərdə yaranıb və Qafqaz Albaniyasının paytaxtı olub. Roma alimi Böyük Plini bu şəhəri "Kabalaka", yunan alimi Klavdi Ptolomey isə "Xabala" kimi qeyd edib. Bu faktların özü belə Qəbələnin nə qədər qədim və əhəmiyyətli şəhər olduğunu göstərir Qoruq ərazisi 420 hektara yaxın sahəni əhatə edir. Burada Antik şəhər yeri, Səlbir və Qala kimi üç əsas tarixi-arxeoloji sahə yerləşir. Tədqiqatlar göstərir ki, qədim şəhər Erkən Dəmir dövrü yaşayış məskəni üzərində salınıb Səlbir ərazisi eramızın I əsrindən XII əsrədək, Qala ərazisi isə eramızın I əsrindən XVIII əsrədək olan zaman kəsiyini əhatə edir Arxeoloji qazıntılar zamanı qədim şəhərin həyatını əks etdirən saysız-hesabsız maddi mədəniyyət nümunələri aşkar olunub. Müdafiə divarları, yaşayış binaları, istehsalat ocaqları və digər mühüm tikili qalıqları üzə çıxarılıb Qoruqda turistlər üçün lazımi şərait yaradılıb. Ziyarətçilərə Azərbaycan, rus və ingilis dillərində ekskursiya xidmətləri göstərilir, məlumat bukletləri təqdim olunur. Ərazi boyunca quraşdırılan göstərici nişanlar və məlumat lövhələri isə tarixi daha yaxından öyrənməyə imkan yaradır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler