Tenqri
Ana Səhifə
Dünya

Qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi: Dünya Kubokundakı çıxışımızla qürur duyuram

Bu oyunlardan sonra danışmaq çətindir, amma oyunçularımla qürur duyuram. Necə mübarizə apardıqlarını görmək həqiqətən qürurverici idi AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi Ratomir Deliç yığmanın Dünya Kubokundakı nəticəsini şərh edə

0 baxışazertag.az
Qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi: Dünya Kubokundakı çıxışımızla qürur duyuram
Paylaş:

Bu oyunlardan sonra danışmaq çətindir, amma oyunçularımla qürur duyuram. Necə mübarizə apardıqlarını görmək həqiqətən qürurverici idi AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi Ratomir Deliç yığmanın Dünya Kubokundakı nəticəsini şərh edərkən deyib Mütəxəssis turnirdə 4-cü yeri tutan komandanın çıxışını dəyərləndirib: “Ümid edirəm ki, Brianna Freyzerin zədəsi ciddi deyil və o, tezliklə sağalaraq yenidən bizimlə birlikdə meydançaya qayıdacaq. Bu hadisənin baş verməsi üzücüdür, amma idmanda belə şeylər təəssüf ki, olur. Eyni zamanda, yarımfinalın sonuna qədər tam heyətlə mübarizə aparmaq şansımızın olmamasına görə bir az məyusam. Çünki düşünürəm ki, həmin oyunda çox yaxşı çıxış edirdik. Hətta əvəzetmə imkanımız olmadan və turnirin ən yaxşı bombardirini son 4 dəqiqə və əlavə vaxtda itirməyimizə baxmayaraq, rəqibə çox ciddi müqavimət göstərdik. Buna görə komandamla qürur duyuram” O, Azərbaycan millisinin oyundan-oyuna inkişaf etdiyini vurğulayıb: “Yarış boyunca daha da yaxşılaşdıq və hər gün daha güclü komanda kimi görünürdük. İstədiyimiz nəticəni əldə edə bilmədik, amma göstərdiyimiz performansla qürur duyuruq və növbəti dəfə daha güclü şəkildə geri dönəcəyik” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler