Qadın güləşi üzrə milli komandanın üzvləri yeni antidopinq qaydaları ilə tanış olublar
Azərbaycan Güləş Federasiyası (AGF) və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə qadın güləşi üzrə milli komandanın üzvləri üçün antidopinq mövzusunda maarifləndirici seminar keçirilib AGF-dən AZƏRTAC-a verilən məlumata görə, seminarın məqsədi idmanda ədalətli rəqabə

Azərbaycan Güləş Federasiyası (AGF) və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə qadın güləşi üzrə milli komandanın üzvləri üçün antidopinq mövzusunda maarifləndirici seminar keçirilib AGF-dən AZƏRTAC-a verilən məlumata görə, seminarın məqsədi idmanda ədalətli rəqabət prinsiplərinin təşviqi, təmiz idman dəyərlərinin təbliği və idmançıların sağlamlığının qorunması olub Tədbir 1 yanvar 2027-ci il tarixindən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartların tələbləri əsasında təşkil edilib. Seminar zamanı AMADA-nın Elm, tibb və təhsil şöbəsinin aparıcı mütəxəssisi Qüdrət Səfərov iştirakçılara qadağan olunmuş maddə və üsullar, idmançıların hüquq və öhdəlikləri, dopinq nəzarəti prosedurları, terapevtik istifadə üçün istisnalar (TUE), eləcə də antidopinq qayda pozuntularının nəticələri barədə ətraflı məlumat verib Sonda güləşçilərin sualları cavablandırılıb və testlər vasitəsilə praktiki biliklər təkmilləşdirilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


