Qadın futbolçulardan ibarət Azərbaycan yığması seçmə mərhələdə son matçına çıxır
Bu gün qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində son oyununu keçirəcək AZƏRTAC xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan kollektiv səfərdə Şimali Makedoniya yığması ilə qarşılaşacaq Bitola şəhərində yerləşən “Petar Miloşevski” stadionund

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində son oyununu keçirəcək AZƏRTAC xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan kollektiv səfərdə Şimali Makedoniya yığması ilə qarşılaşacaq Bitola şəhərində yerləşən “Petar Miloşevski” stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan baş hakim Teona Sturua idarə edəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq Qeyd edək ki, son tur öncəsi qrupda Macarıstan 13 xalla birinci, Azərbaycan 9 xalla ikinci, Şimali Makedoniya 6 xalla üçüncü, Andorra isə 1 xalla dördüncü pillədə qərarlaşır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


