Avropa Putinin hipersəs raketlərinə qarşı müdafiəni gücləndirir
Ukrayna prezidenti Vladimir Zelenskinin iştirak etdiyi sammitdə liderlər Vladimir Putini “dərhal və tam atəşkəs”i qəbul etməyə çağırıb və bəyan ediblər ki, tərəflər arasında “mövcud təmas xətti” istənilən danışıqlar üçün başlanğıc nöqtəsi olmalıdır Görüşdən əvvəl açıqlama verən Zelenski, müharibən

Ukrayna prezidenti Vladimir Zelenskinin iştirak etdiyi sammitdə liderlər Vladimir Putini “dərhal və tam atəşkəs”i qəbul etməyə çağırıb və bəyan ediblər ki, tərəflər arasında “mövcud təmas xətti” istənilən danışıqlar üçün başlanğıc nöqtəsi olmalıdır Görüşdən əvvəl açıqlama verən Zelenski, müharibənin davam edəcəyi təqdirdə ölkəsinin Rusiya ərazisinin dərinliklərində hücumlarını davam etdirə biləcəyini və Ukraynanın “sakitcə ölməyəcəyini” vurğulayıb Rusiyaya artan təzyiqlər Moskvanın son aylarda üzləşdiyi bir sıra hərbi uğursuzluqlardan sonra baş verir. Bununla belə, Ukraynadakı münaqişənin yaratdığı dağıntıların göstəricisi olaraq, sammit Çernobıl AES yaxınlığındakı işlənmiş nüvə yanacağı anbarına pilotsuz təyyarənin hücumundan bir neçə saat sonra keçirilib Görüşdən sonra liderlər Ukraynaya hərbi dəstəyin artırılacağını və Rusiyaya iqtisadi təzyiqlərin gücləndiriləcəyini bəyan ediblər Starmer, Zelenskiy, Makron və Merz tərəfindən verilən birgə bəyanatda Rusiyanın Ukrayna şəhərlərinə mülki əhalinin ölümünə səbəb olan Oreşnik raket hücumları və NATO ərazisinə qarşı təhlükəli İHA pozuntuları pislənilib Bəyanatda qeyd olunub ki, hava hücumundan müdafiə raketlərinin istehsalı genişləndirilməli, anti-ballistik raket və dərin zərbə imkanları birgə inkişaf etdirilməli, Ukrayna silahlı qüvvələrinin gələcək davamlılığı dəstəklənməlidir Üç Avropa lideri Rusiyanın istənilən sülh sazişində yerinə yetirməli olduğu beş şərti sadalayıb: Rusiya dərhal və tam atəşkəsə razılaşmalıdır Mövcud təmas xətti danışıqlar üçün başlanğıc nöqtəsi olmalıdır Ukraynanın təhlükəsizliyinə güclü təminatlar verilməlidir Ukraynaya müharibə təzminatı ödənilənə qədər Rusiyanın aktivləri dondurulmalıdır İstənilən razılaşmada Avropa öz sözünü deməlidir Zelenski sosial media hesabındakı paylaşımında görüşün əsas mövzusunun hava hücumundan müdafiə sahəsində bütün Avropanın təhlükəsizliyi üçün daha böyük əməkdaşlıq və diplomatik gözləntilər olduğunu bildirib və “Avropa danışıqların bir hissəsi olmalı və güclü qalmalıdır” deyib Bazar günü PUA-nın hücumu Çernobıl elektrik stansiyasından təxminən 14 kilometr aralıda istifadə olunmuş nüvə yanacağı anbar mərkəzinə ziyan vurub. Səlahiyyətlilər hücum nəticəsində başlayan yanğının bir saat ərzində söndürüldüyünü və radiasiya səviyyəsinin təhlükəsiz həddə qaldığını açıqlayıb Digər tərəfdən, Ukraynanın Rusiyanın ikinci ən böyük şəhəri Sankt-Peterburqa yönələn genişmiqyaslı İHA hücumu Kiyevin Rusiya ərazisinə dərin zərbələr endirmək qabiliyyətini artırdığını nümayiş etdirdi. Zelenski Britaniya mətbuatına açıqlamasında "Sakitcə ölməyəcəyik. Biz buna cavab verəcəyik və hər gün daha da güclənəcəyik" deyib


