Tenqri
Ana Səhifə
Dünya

Putin Zelenski ilə mümkün görüş barədə danışıb

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukrayna böhranının nizamlanması yolları əvvəlcədən işlənib hazırlanmadığı halda, hazırda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirməyi məqsədəuyğun hesab etmir AZƏRTAC xəbər verir ki, o, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunu

0 baxışazertag.az
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
Paylaş:

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukrayna böhranının nizamlanması yolları əvvəlcədən işlənib hazırlanmadığı halda, hazırda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirməyi məqsədəuyğun hesab etmir AZƏRTAC xəbər verir ki, o, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) plenar iclasında çıxışı zamanı Prezident Zelenskinin açıq məktubunu şərh edərkən danışıb V.Putin qeyd edib ki, o, heç vaxt belə bir görüşün keçirilməsindən imtina etməyib. Lakin onun sözlərinə görə, bu cür görüş konkret nəticə verməlidir. “Mən heç vaxt Zelenski ilə görüşdən imtina etməmişəm, amma görüşüb nəticəsiz söhbətlər aparmağın nə mənası var?”, – deyə Rusiya Prezidenti bildirib Onun sözlərinə görə, liderlər səviyyəsində danışıqlar keçirilməzdən əvvəl vəziyyətin nizamlanması ilə bağlı əsas məsələlər üzrə mümkün həll yolları tapılmalıdır. O, həmçinin Kiyevin liderlərin görüşündə maraqlı olmasının səbəbini “Rusiya qoşunlarının irəliləyişini dayandırmaq” istəyi ilə əlaqələndirib Rusiya Prezidenti əlavə edib ki, V.Zelenski rusiyalı iş adamlarından biri vasitəsilə ona görüş keçirmək təklifi göndərib. Bununla yanaşı, V.Putin bu kimi məsələlərin ictimai müstəvidə müzakirəyə çıxarılmasını tənqid edərək belə yanaşmanı yanlış adlandırıb Rusiya liderinin fikrincə, bu cür üslub qəbuledilməzdir və görüşün keçirilməsini çətinləşdirən şərait yaradır V.Putin, eyni zamanda, vurğulayıb ki, Rusiya Ukraynanın “denasifikasiyasına” nail olmağa çalışacaq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler