Putin: Qərb liderliyini itirir, dünya çoxqütblü struktura doğru irəliləyir
Rusiya prezidenti Vladimir Putin deyib ki, Qərb ölkələri liderlik mövqelərini itirərək, yerlərini yeni iqtisadi artım mərkəzlərinə - qlobal Cənub dövlətlərinə verirlər TASS xəbər verir ki, o, bu barədə “Açıq dialoq” beynəlxalq forumunun iştirakçılarına və qonaqlarına videomüraciətində bildirib “

Rusiya prezidenti Vladimir Putin deyib ki, Qərb ölkələri liderlik mövqelərini itirərək, yerlərini yeni iqtisadi artım mərkəzlərinə - qlobal Cənub dövlətlərinə verirlər TASS xəbər verir ki, o, bu barədə “Açıq dialoq” beynəlxalq forumunun iştirakçılarına və qonaqlarına videomüraciətində bildirib “Əvvəlki yanaşmalar, işgüzar həyatın və beynəlxalq münasibətlərin formalaşmış norma və qaydaları, o cümlədən liderlik mövqelərini itirən və yerini yeni inkişaf mərkəzlərinə, qlobal Cənub ölkələrinə verən Qərb dövlətlərinin hərəkətləri ucbatından tədricən öz gücünü itirir”, - Rusiya lideri bildirib Qlobal inkişafın daha mürəkkəb, çoxqütblü strukturu formalaşır ki, burada milli suverenliyə dəyər verən və öz inkişaf vektorunu müstəqil müəyyənləşdirə bilən ölkələrin mühüm rol oynayırlar "Əlbəttə, göz qabağındadır: heç bir ölkə təkbaşına inkişaf edə bilməz - digər dövlətlərin hesabına və ya onların ziyanına. Bundan əlavə, müasir qlobal çağırışlar birgə cavab və vahid səy tələb edir", - Putin əlavə edib Prezident onu da qeyd etdi ki, davamlı və ədalətli qlobal inkişaf yalnız bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə bütün ölkələrin maraqları nəzərə alınmaqla riayət olunarsa mümkündür “Bütün qlobal inkişaf platformasını Yer kürəsinin istənilən yerində hər bir insanın uğurlu gələcək hüququna malik olmasını, öz yolunu seçə bilməsini və seçimini addım-addım həyata keçirməsini təmin etmək üçün istiqamətləndirmək vacibdir”, - deyə o, yekunlaşdırıb


