Putin Azərbaycan və Rusiya münasibətlərini şərh edib - VİDEO
Bizim Azərbaycanla həmişə çox yaxşı və mehriban münasibətlərimiz olub və indi də var - həm iqtisadiyyatda, həm də siyasi sahədə Day.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin 29-cu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin nümayəndə

Bizim Azərbaycanla həmişə çox yaxşı və mehriban münasibətlərimiz olub və indi də var - həm iqtisadiyyatda, həm də siyasi sahədə Day.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin 29-cu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin nümayəndələri ilə görüşündə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin sualını cavablandırarkən deyib Rusiya dövlətinin başçısı bir neçə il əvvəl iki ölkə arasında Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamənin imzalandığını xatırladaraq qeyd etdi: "Prezident İlham Əliyev bu sazişin konkret məzmunla doldurulması üçün çox səy göstərir. Bu, əməkdaşlığımızın konkret sahələrində özünü göstərir" Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya investisiyalarının həcminin on milyard dolları ötdüyünü vurğulayan Vladimir Putin: "Rusiya kapitallı çoxlu sayda müəssisə fəaliyyət göstərir. Humanitar sahədə sıx əməkdaşlığımız var" dedi O, həmçinin vurğulayıb ki, iki ölkə arasında logistika sahəsində qarşılıqlı maraq doğuran bir çox məsələlər var. Nümunə kimi Rusiya prezidenti Şimal-Cənub nəqliyyat dəhlizini göstərib Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

