Tenqri
Ana Səhifə
Dünya

Putin Paşinyanı niyə təbrik etmir?

Ermənistanda iyunun 7-də keçirilən növbədənkənar parlament seçkilərində hakim "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 49,82%-ni toplayaraq yeni hökuməti təkbaşına formalaşdırmaq hüququ qazandı Modern.az xatırladır ki, rusyönünmlü "Güclü Ermənistan" bloku 23,2%, eks-prezident Robert Köçəryanın rəhb

0 baxışmodern.az
Putin Paşinyanı niyə təbrik etmir?
Paylaş:

Ermənistanda iyunun 7-də keçirilən növbədənkənar parlament seçkilərində hakim "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 49,82%-ni toplayaraq yeni hökuməti təkbaşına formalaşdırmaq hüququ qazandı Modern.az xatırladır ki, rusyönünmlü "Güclü Ermənistan" bloku 23,2%, eks-prezident Robert Köçəryanın rəhbəri olduğu "Ermənistan" bloku 9,9% toplayaraq seçkiləri 3-cü pillədə başa vurub İrəvandan gələn bu xəbər dərhal beynəlxalq birliyin diqqət mərkəzinə düşdü. Başda Avropa İttifaqı rəhbərliyi və üzv ölkələrin başçılarından Paşinyanın ünvanına çoxsaylı təbriklər gəlməkdədir. Lakin bu təbrik marafonunun fonunda ən diqqətçəkən məqam Ermənistanın əsas siyasi, hərbi və iqtisadi tərəfdaşı Kremlin nümayiş etdirdiyi dərin sükutdur. Rusiya Prezidenti Vladimir Putin hələ də Paşinyanı təbrik etməyib Kremlin bu sükutu təkcə Moskva ilə məhdudlaşmır, Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqının digər aparıcı üzvləri də İrəvana qarşı məsafəli davranır. Belə ki, Belarus lideri Aleksandr Lukaşenko və Qırğızıstan prezidenti Sadır Japarov kimi müttəfiq ölkələrin liderləri hələ də Paşinyanı təbrik edənlər sırasına qoşulmayıblar. Bu ittifaqdan yalnız Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ümumi xətti pozaraq erməni həmkarına təbrik teleqramı ünvanlayıb Moskvanın bu rəsmi soyuqluğu fonunda Rusiyanın rəsmi strukturlarından gələn reaksiyalar vəziyyətin rəngini daha aydın göstərir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova seçkilərin gedişatı və Ermənistanın rəsmi kursu ilə bağlı kifayət qədər sərt, tənqidi bəyanatla çıxış edib. O, seçki prosesinin şəffaflığını şübhə altına alıb və prosesə hakim partiya tərəfindən müdaxilələr barədə danışıb. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov isə jurnalistlərin suallarına cavab verərkən məsələni bir qədər də rəsmiləşdirib: "Biz Ermənistandakı seçkilərin rəsmi və yekun nəticələrinin elan olunmasını gözləyirik. Rəsmi təbrik və addımlar yalnız bundan sonra nəzərdən keçirilə bilər" Lakin bu yanaşma diplomatik kuluarlarda inandırıcı görünmür. Diplomatik protokol tarixinə baxsaq, Vladimir Putin əvvəllər Ermənistan rəhbərlərini - o cümlədən, elə Paşinyanın özünü əvvəlki seçkilərdə ilkin nəticələr elan olunan kimi, dərhal və çox çevik şəkildə təbrik edirdi. İndi isə prosesin uzadılması İrəvanın son dövrlər apardığı qərbpərəst siyasətinə Moskvanın nümayişkaranə reaksiyasıdır Putin bu sükutla Paşinyana yeni mərhələdə münasibətlərin heç də asan olmayacağı mesajını verir

Kaynak: modern.az

Diğer Haberler